Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:32

İxtiyar Şirinov: «Elçibəyin həbsinə sanksiya verməmişəm»


İstiqlalçı deputat İxtiyar Şirinov
İstiqlalçı deputat İxtiyar Şirinov
«Müstəqilliyin 20 illiyi» silsiləsindən istiqlalçı deputat İxtiyar Şirinovun «İşdən sonra» proqramına müsahibəsindən bəzi sitatları nəzərinizə çatdırırıq:

«Bu müstəqilliyin qazanması xalqımıza müstəqil yaşamaq, azad yaşamaq şansı verdi».

«Mən müstəqilliyə böyük dəyər kimi baxıram».

«Xalqımız belə hesab edirdi ki, o müstəqilliyini əldə edəndən sonra o daha azad, daha demokratik, daha ədalətli, firavan bir ölkədə yaşayacaq».

«Çox təəssüf ki, xalqımızın ümidlərini doğrulda bilmədik, siyasətçilər, dövlət adamları bunu doğrulda bilmədilər».

«O vaxt vəd verənlərin hamısı yalançı çıxdı».

«Vəzifəli şəxslər bu vədi tutmağa imkan vermədilər».

«Mən xalqın müstəqillik şüarları altında deputat seçilmişdim».

«Müstəqilliyə səs verənlərin heç birində tərəddüd olmadı».

«Hakimiyyət insanları həbs etməklə doğru etmir».

«1994-cü ildən bu günə kimi təqib olunuram. Son iki ildə isə tamamilə gözümü açmağa imkan vermirlər».

«Bu gün hay-küy qaldırmaqla Azərbaycanda nəyə isə nail olacağına mən inanmıram».

«Gəncə hadisələri Rusiyanın Azərbaycanı yenidən əsarət altına almaq məqsədi daşıyırdı».

«Əbülfəz Elçibəyin prezident kimi həbs olunmasına mən sanksiya verməmişəm. Mən Əli Ömərov, Nemət Pənahlının və Surət Hüseynovun hazırladığı saxta sənədə imza atmışam».

«Mən artıq Gəncədə Baş prokuror deyildim. Girov idim».

«Mən girov düşdüyümün səhəri gün mənim səlahiyyətlərim əlimdən alınmışdı».

«Gəncə hadisələrində PKK-çılar da iştirak edirdilər».

«Biz qarşılıqlı qırğına getmədiyimizə görə girov düşdük».

«Sonradan yollarını dəyişən oldu. Mən öz yolumu davam edirəm».

«Mən karyera dalınca getmək istəsəydim bu gün Azərbaycanda yaxşı vəzifələrdən birini tutardım».

«Faciə bu gün Azərbaycanın düşdüyü vəziyyətdir».

«Prezidentin dedikləri Azərbaycanın reallığına uyğun deyil».

«Azərbaycanda çox ciddi dəyişikliklər etmək lazımdır».

«Mən istənilən Azərbaycan vətəndaşını prezident kimi görürəm».

«AXC hakimiyyətinin iflasında təcrübəsizlik rol oynamayıb. Xarici və daxili qüvvələr rol oynayıb».

«Mən heç vaxt inanmırdım ki, Azərbaycan indiki vəziyyətə düşə bilər».

«Xalq acdır, yaşaya bilmir».

«İlham Əliyevi aldadırlar. Onun yanında işləyən aparat Azərbaycanın əleyhinə işləyir».

«Acqarına təbliğat işləmir».

«Mən xalqa verilən vədləri yerinə yetirmədiyinə görə indiki hakimiyyətin yerinə Azərbaycan xalqından üzr istəyirəm. Qoy onlar da məndən üzr istəsinlər».

İxtiyar Şirinovla söhbəti tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG