Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:54

Yaxın günlərdə qazın Avropa nəqli marşrutu müəyyən olunacaq


Azərbaycan və tərəfdaşları Şah Dəniz yatağında çıxarılan qazın Avropaya nəqli ilə bağlı marşrutu noyabra qədər müəyyənləşdirəcəklər. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Şah Dəniz qazını Avropaya nəql etmək üçün Nabukko, Türkiyə-Yunanstan-İtaliya və Adrioatik Boru Kəməri layihələri mövcuddur.

"Şah dəniz konsersiumu Avropaya qaz nəqlinin marşrutu ilə bağlı oktyabr-noyabr aylarında qərar verəcək", - Rövnəq Abdullayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, gələn il Şah dənizin ikinci mərhələsini əhatə edən layihənin büdcəsində öz əksini tapması üçün gərək bu yaxınlarda qərar verilsin.

bp, Statoil və Dövlət Neft Şirkəti SOCAR tərəfindən inkişaf etdirilən Şah Dənizdə 1,2 trillion kub metr qaz ehtiyatı olduğu güman edilir. Hesab olunur ki, bu ehtiyatla Avropanı bir neçə on illikdə qazla təchiz etmək olar. Bu isə Avropanın Rusiyadan asılılığını azaltmaq deməkdir.

Rövnəq Abdullayev Türkiyəyə səfəri zamanı Azərbaycan qaznın bu ölkə vasitəsilə nəqliylə bağlı danışıqların yekunlaşa biləcəyini istisna etməyib.
"Azərbaycan tərəfi bunun üçün hazırlaşır", - Abdullayev deyib.

Azərbaycan Şah dəniz yatağının ikinci fazasından Ankaraya ildə 6 milyard kub metr satmaq və 10 milyard kub metr qazın Avropaya Türkiyə vasitəsilə daşınması ilə bağlı danışıqlar aparır.
XS
SM
MD
LG