Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:19

Avropa Birliyi Yunanıstandan cavab gözləyir


Avropa Yunanıstana maliyyə yardımının necə ayrılmasıyla bağlı Afinadan aydınlıq gözləyir.

Bunu çərşənbə günü Almaniyanın kansleri Angela Merkel bəyan edib.

Merkel qeyd edib ki, Fransa prezidenti Nikolas Sarkozy, Avropa Birliyi və Beynəlxalq
Valyuta Fondunun nümayəndələrilə birlikdə bu gün Yunanıstanın baş naziri Papandreou ilə aparılacaq danışıqların məğzinə aydınlıq gətirilməlidir.

O danışıqlar zamanı Avropadan yardım alınmasıyla bağlı Papandreounun referendum keçirmək təklifinə də toxunulacağını bildirib.

Bu gün Yunanıstan parlamentində hökumətə etimad məsələsilə bağlı 3 günlük müzakirələr başlanır.
XS
SM
MD
LG