Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:53

Referendumadək AŞ və BVF Yunanıstana maliyyə yardımı etməyəcək


Yunanıstan baş nazirinin elan etdiyi referendumu keçirməyincə, Avropa Şurası və Beynəlxalq Valyuta Fondundan növbəti maliyyə tranşı almayacaq. Bu bəyanatla Fransa və Almaniya liderləri çıxış ediblər.

Nicolas Sarkozy və Angela Merkel Kan şəhərində Yunanıstan məsələsi ilə bağlı təcili məsləhətləşmə keçiriblər.

İki gün öncə Yunanıstanın baş naziri George Papandreou qəfildən elan edib ki, Afinanın uzun müddətli böhrandan çıxması üçün beynəlxalq maliyyə yardımı alıb-almaması ilə bağlı qərar xalq referendumunun nəticəsində qəbul olunacaq. Dünən isə baş nazir deyib ki, referendum dekabrın 4-ü keçirilə bilər və Yunanıstanın avrozonadakı taleyi bu zaman həll olunacaq.

Bu gün Fransanın Kan şəhərində “Böyük 20-lər”in iki gün davam edəcək sammiti başlayır. Avropanın uzun müddətli böhranı, Yunanıstanın mövqeyi və vəziyyətdən çıxış yolları sammitin əsas müzakirə mövzularıdır.

Ötən həftə avrozona ölkələrinin rəhbərləri razılığa gəliblər ki, Yunaıstanın borcunun yarısını silsinlər və bu ölkəyə 130 milyard dollar həcmində növbəti maliyyə yardımı ayırsınlar.
XS
SM
MD
LG