Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:12

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR


Rafiq Tağı
Rafiq Tağı
Yazıçı Rafiq Tağının səhhətinin yaxşı olduğu bildirildiyi halda onun noyabrın 23-də gözlənilmədən vəfat etməsi xeyli suallar yaratmaqdadır. İndi həkimlərin səhvindən tutmuş yazıçının son müsahibələrində dediyi mütəşəkkil təşkil olunmuş sui-qəsd ehtimalları, xəstənin təhlükəsizliyinin təminatı və sair ehtimallar müzakirə olunmaqdadır.
Rafiq Tağı bıçaqlanan gün - noyabrın 19-da onu əməliyyat etmiş cərrahlardan Abbas Abbasov:
- Ölüm anı xəstəxanada deyildim. Amma şöbədəki həkimlərin dediyinə örə, 10 dəqiqə əvvəl xəstənin təzyiqi normada, vəziyyəti də yaxşı olub.
Həmin vaxt şöbədə reanimotoloq da olub, anestezioloq da. Onlar özlərini yetirəndə xəstədə içdiyi maye kütləsindən boğulma əlamətləri müşahidə ediblər.
Rafiq Tağının vəziyyəti sabit olduğuna görə reanimasiyadan çıxarılmışdı. Guman ki, xəstə son anda ya infarkt olub, ya da aspirasion pnevmoniya – yəni qusuntu kütləsinin nəfəs yoluna keçməsindən vəfat edib. Amma ölümün dəqiq səbəbi meyit yarıldıqdan sonra bilinəcək.

Rafiq Tağının cərrahiyə əməliyyatında iştirak edən digər cərrah - Nizaməddin Əsgərov:

- Xəstənin vəziyyəti normal olduğu üçün onun öz qusuntu kütləsindən boğulduğu təxmin edilir.
Çünki başqa bir səbəb tapa bilmirik. Mən xəstəni normal vəziyyətdə qoyub getmişəm. Həkimlər burada olublar. Bu, ani olan bir şeydir. Yanındakı adamlar onun başını sağa, yaxud sola döndərsəydilər, bəlkə də belə olmazdı.

O, həqiqətən də ağır xəstə idi, öləsi deyildi.
Rafiq Tağının vəfatı sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır.
Ərəstun Oruclu:
- Rafiq Tağıya Allah rəhmət eləsin! Bəxti gətirmədi, çünki öldürülmək üçün ən ideal namizəd idi: yazıçı-publisist, jurnalist, ziyalı və üstəlik də İran mollalarının zamanında özünü yetirən isteriyası... Azərbaycan toplumuna mesaj vermək istəyənlər belə şansı qaçıra bilməzdilər. Millətin qatillərinin aktivinə bir bənd də əlavə olundu.
Bəşir Süleymanlı:
- Rafiq Tağı məncə, inqilabçı idi. Sağ ikən inqilab edən yazıçı-publisist.
Qurban Dağlı:
- Kimsə bilərəkdən demokratik və dindar kəsim arasında qarşıdurma yaradır. Bunun qarşısını qəti surətdə almaq lazımdır. Bu, yalnız Azərbaycan iqtidarının və onların iranlı «biznes» tərəfdaşlarının marağındadır. Gəlin, fitvaya getməyək, provokasiyaya uymayaq!
Hüquqşünas Erkin Qədirli:
- Baş vermiş hadisəyə görə əsas araşdırılmalı olan məsələ xəstəyə göstərilən tibbi yardımın keyfiyyətidir. Yəni burada həkimlərin məsuliyyəti məsələsi var. Ona nə dərəcədə adekvat və vaxtında lazımi yardım göstəriblər.
Onun səhhəti ilə bağlı həkim səhvi olubsa, istər reanimasiyada, istərsə də sonra, bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Bunun üçün Cinayət Məcəlləsində təsbit olunmuş məsuliyyət var. Amma əgər onun təhlükəsizliyinə təhdid barədə ciddi əsas var idisə, o müraciət edibsə və baxılmayıb, heç bir tədbir görülməyibsə. Bu bir az fərqli mənzərə yaradır».
Rafiq Tağının bu cür ölümünü çox narahatedici haldır. Onun dinlə bağlı düşüncələrini, yazılarını bölüşməmişəm. Amma hər hansı zorakı tədbirlərə qətiyyən əsas verə bilməz.
Çox həyəcanlıyam və bütün bu hadisə ətraflında narahatedici bir fon var.
XS
SM
MD
LG