Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:43

Qəşəm Nəcəfzadə. Realist şeirlər


Müəllif bu şeirlərini "Realist şeirlər" adlandırır...


GƏRƏK

...Ancaq
könlünün icindən nəğmə ucalsa,
Yandıra-yandıra gəlsə o nəğmə.
Səni tanıyanlar, sənə yaxınlar
Cırpıb əllərini qacar bir ucdan,
Kimdi, əziz dostum, inanan sənə?

Gərək nəğmə bizə uzaqdan cata,
Gərək həqiqət də uzaqdan gələ.
Uzaqdan gələn kəs yalan da desə,
Qatığa, günəşə qara söyləsə,
Adamlar inanır, inanır hələ.

Gərək ölüm xəbəri uzaqdan gələ,
Bir atlı dayana,
Bir atlı düşə.

Hec kəs səsinin qəribliyinə,
Hec kəs sənin burda üşüməyinə
Inanmaz.
Gərək qərib səs uzaqdan gələ,
Gərək üşüyən kəs, o dağdan gələ,
Gəlib deyə: bəlkə odunuz ola?

Gərək şair səsi uzaqdan gələ,
Ay kecə, il kecsə, unudula o.
Bir əsrdən sonra geriyə dönə,
Doğulduğu kəndə, öldüyü kəndə.


ŞAIRLƏR DOĞULUR

Şairlər doğulur bir gözəl dərddən,
Ağlrılar hamilə qadınlar kimi
Gecənin qoynunda şairlər doğur,
Doğur Lermantovu, Əli Kərimi.

Bir gözəl bir şair ağnsmdadı,
Araz yer üzünə şairlər əkir.
Gecə səhərləri doğmaq istəyir,
Gecə səhərlərin ağrısın cəkir.

Ürəyim məni də doğmaq istəyir,
Bir dərdin cavabı yüz şeir gəlir.
Dünyanm dərdləri coxaıb nədi,
Dünyaya bir belə şairlər gəlir.

Şairlər doğulur işıqlar kimi,
Gecə işıqları yeyə bilməyir.
Şairlər yaşayıb dərdi qurtarır,
Dərdlər şairləri yeyə bilməyir.


MAAŞIM

Həmişə cibimdə ağlar maaşım,
Ağlar manat-manat evimiz dolar.
Ağlayıb qurtarar, sonra adından
Bizim evimizdə quru söz qalar.

Yamanca qorxaqdı mənim maaşım,
Gözünün yaşından balalar doyar.
Dizimə yapışar cibimin qarnı,
Yenə ciblərimi əlim doldurar.

Gəzərəm şəhəri ürəksiz kimi,
Göysatan arvadlar hirslənər mənə.
Balaca oğlumun ayaqları da,
Top ücün havada yellənər yenə.

Bakının bazarı hələb şəhəri,
Girərəm ürəyim soyular, Allah!
Mənim gözlərimdən yağan yağışla,
Balamın gözləri yuyular, Allah!


CÖRƏK BAHALANDI

Beş yaşlı qızım üc yaşlı qardaşının əlindən cörəyi alıb dedi: - Cörək bahalanıb, az ye.

Cörək bahalandı, qızım, ağlama,
Onsuz da cöllərdə yemlik bitəçək.
Bir ona yanıram, quzum, ağlama,
Payını aç gözlü qurdlar yeyəcək.

Ay gündə beş dəfə cörək yeyənim,
Düşmənlər göz dikib, payını kəsdi.
Xəmir yoğurmağa böyüyən əlin,
Öldü dizin üstə, dördayaq üstə.

Həyətdə balaça təndirin küsüb,
Ananın əlində arıxdı kündə.
Cörəkçi əminin əlin çəp görüb,
Satılan cörəklər «sınıxır» gündə.

Balaça dodağın kilidlənəndə,
Yanını, böyrünü kəsməz sərçələr.
Mən niyə dünyanı görürəm belə,
Kündəsi kiçilər ölkə kiçilər.

Dava uşağısan, başa düşənsən,
Sən başa düşdükçə böyük olarsan.
Atanın ürəyi sınmasın deyə,
Elə bir tikəni yeyib doyarsan.

Cörək bahalandı, qızım, ağlama,
Ağlamaq qurudar oçağımızı.
Cörək azalmasın, neyləsin, bala,
Düşmən taptayıbdı torpağımızı.


BIR DƏFƏ

Bir dəfə mən ağrıyırdım,
Dərman atdım, Sərvaz udqundu.
Elə bil yerimə dərmam uddu.
Ağrım toxtamadı, qacdım,
Sərvaz məndən qabaq yüyürdü.
Sərvaz tutmuşdu ağrımın əllərindən
Rəngsiz, bozumtul
Payız kimi həyacanlı ağrımın.

Alnım qan-tərə batmış,
Bax, o qarışqayla
Üz-üzə, göz-gözə
Uzanmağa az qalmış.

Üzündən, gözündən öpəydim, ay qarışqa!
Qanşqa, ay qanşqa!

Baxsaydılar bənizimə,
Dovşan gözlərimə,
Rəngsiz ayaqqabıma,
Ah, necə yaşamaq kecir könlümdən!

Sərvaz volakardin qoxulu
Validol medallı,
Pencəyimi soyundurdu.
Qoyduq başımızın altda,
Uzandıq skamyaya.
Baxdıq birinci dəfə
Göyə, günəşə, aya,
Yerə, ota, qanşqaya.
Taxtadan saman qoxusu gəlirdi,
Adamlar gəlib kecirdi yanımızdan.
Sərvaz dedi:
- Hərdən belə olmağımız catmır.


BORC

Kartofu da borc aldım.
Kartofsatana dərs demişdim.
Kartofsatan baxdı mənə
Istədi deyə, ay müəllim,
O "üç" nə idi, vermişdin?

Tez yavaşca sürüşdüm...
Bazardan balıq alırdı,
Borclu olduğum kişi.

Araqlarm yanından kecəndə
Istədim icəm,
Hec kəs mənə baş qoşamasm.

Almasatan söz atdı mənə,
Yadıma oğlumun dişləri düşdü.
Qurd yemişdi,
Almanın həsrətindən.
Alma da qurdlamışdı,
Oğlumun həsrətindən.

Alma qızarmışdı bahalığndan,
Almasatan yox,
1 manat da pulum yox.
Bazar sinif otağıydı.
Bu ehtiyac bazarında,
Şagirdlərim müəllim ıdi,
Mənsə şagird.

Allah bu qəmi kəssin,
Bu şeri mənə yazdırdı.


8 "A " SINIF JURNALININ ARXASINDA YAZI

Zərifənin atası şəhid
Anarın atası şikəst.
Vüsalənin anası
ayrılıb öz ərindən
Indi məktəbdə süpürgəçi.
Vüsalə anasından utanır.
Aydanınkı fəhlə...
Əlininki fəhlə...
Nigarınkı fəhlə...
Həsəninki yox...
Aynanınkı yox...
Aynurənin yox...
Zülfiyənin atası urisetdə
8 ildir xəbər yox.
Sevincin atası işsiz...
Ayselinki işsiz ...
Nurlanınkı işsiz...
Saranınkı əlil,
Aygünün atası yox ,
Anası qabyuyan.
Səbinənin atası ölüb,
Anası baxçada xidmətçi.
Vəsilənin atası xəstə,
Anası qutab bişirir
Vasmoyun bazarında.
Elşənin atası türmədə,
Emininki dəmir yol
bazarında tum satır.
Müəllim hər dəfə
oxuyanda bu yazını
ad gününü yadından çıxarır.


QAPIDA

Oğlanlarımın ayaqqabıları
toyuq balaları tək
mənim ayaqqabımdan
həmişə bir qarış
arxada dururlar.
Mənim ayaqqabım kimi
böyümək, bir az da irəli çıxmaq
həsrətindədilər.
Bunu qorxmuş adam kimi
bənizlərinin qaçmağından bildim.
Ona görə də ayaqqabılar
hər axşam burunlarını
içəri soxub
oğlanlarımın ayaqlarından
xəbər tutmaq fikrindədilər.


TURALIM

Turalım,
sən evə girəndə
əllərini gizlətməyə
bir yer tapmayanda
onda çöldə it küçüyünün
sığalladığın boynu, boğazı
boynundakı ipi
ala-bula ayaqları
tanrıya dua eləyirdi ki,
anan əllərinə - əllərinə
vuranda
ağrımasın.


XOCALI MÖVSÜMÜ FEVRAL

Yanvar ayından başlayır Azərbaycanın
matəm mövsümləri...
Qan fışqırır televizorlar...
Məhkəmələr təzədən işə düşür...
Xocalını göstərirlər...

Oğlum deyir ki, mənə keçən ilki lentdi...
Həmin uşaqdı yanında potu...
Mən ondan kiçik idim,
Böyüyüb keçdim onu - deyir oğlum.

Xocalı mövsümüdür bu ay
Lentin tozu alınır...
Bir də göstərilməyi qaldı gələn ilə .

Xocalını göstərirlər...
Həmin kişidir yenə,
Heç böyüməyib,
Saqqalı ağarmayıb.
Xocalını göstərirlər
Balaca uşaqlar,
Dirsəklənib təpələrə.
Böyüklər uzanmışdı deyə,
Aldanıblar böyüklərə.

Uşaqlar böyür - böyürə
Yan - yana uzansalar da,
Gəlib çatmadılar insafımıza.

Xocalını göstərirlər deyə
qadın keçdi mətbəxə,
Keçən ilki lentdi
Təkrardı-təkrar.

Müxbir küçədə
Kəlbəcərin getdiyi günü soruşur
nazlı bir oğlandan,
Güya bilsə nə olacaq,
Ya bilməsə?
Bəlkə Kəlbəcərin mövsümü başlayır
Onun da ayrıdı lentləri
Ölümləri ayrıdı
Ayrıdı dərdləri.
Sonra Zəngilanın ildönümü
Sonra Qubadlının, Ağdamın...

Xocalı mövsümüdü bu ay...
Kişiliyin qısır ayı...

Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini.


AMERIKA

Haradan - hara gəldin
haradan hara çıxdın, Amerika dayı.
Bəlkə neft kəsək səninlə, oturaq
Bir azca neft vuraq.

Rusiya qardaşdan yaxşı dayısan
Hərdən mintiqimizi özün eləyirsən
sağ ol.
Iraqdan gəlmisən
Üst- başın toz-torpaqlıdı,
Otur əlindən gülləni təmizləyək
Otur ətəyindən patronu tökək.
Iraq parca-parca ağlındadı
Gəl səni Iraqdan təmizləyək,
Sən yaxşı dayısan, Amerika dayı.

Israili şallaq kimi yelləmə
Bir ucu qayıdıb gözünə dəyər.
Bilirsənmi sənin qadanı alım
Şallağın səsinə şərq oyanar.
Sən yaxşı dayısan, Amerika dayı.

Topunun lülləsindən öpək
Güllənin dadına baxaq.
Tankının ağırlığını çəkək,
Təyyarəni göyümüzdə oturdaq.
BMT- nə qurban olaq,
ATƏT- nə quzu kəsək.
Səninlə Təbriz kəsək,
Təbrizi dizinin üstə olanın
gözündən Vaşinkton gələr.

Bircə nöqsanın var, Amerika dayı
Adın bayatıya gəlmir.
Bayatı bilirsənmi nədi,
Amerika dayı,
Bayatı eşitmisənmi?


ƏKRƏM ƏYLISLIYƏ

Hərdən unudulanda,
Ya da düşməyəndə yada,
Əkrəm elə söz deyər,
Adam adama dəyər,

Adam adama dəyəndə
Adam dəyə-dəyə yaşayanda,
Yaşayır Əkrəm.

Adam köhnələndə
cıxır səfərə.
Təzədən qayıdır evə,
Təzə görünmək ücün evindəkilərə.

Adam-adama,
Adam divara,
Divar topa,
Top ayağa,
Ayaq ürəyə,
Ürək sozə,
Söz dilə,
Dil-dişə,
Dəyə-dəyə,
Bir də görürsən ki,
Uy dad...
Ömrün axşamı düşüb.


PIS VALIDEYN

Məktəb direktoru
məni çağırdı yanına,
Sən ən pis valideyinsən-
11-də oxuyan oğlun
qiz sevir.

Sinif rəhbəri də bir yandan,
Məktubunu tutmuşuq
Özü də şeirlə yazıb.

Yaman pis oldum
oğlumun məktubunun
tutulmağına.
Uşaqlıqdan bilirdim
ehtiyatsızdı oğlum.

Gözündən ovçu oğlum
Ikili-üçlü oğlum.

Neçə-neçə dostu var,
Deyirlər hər küçənin tinində
bir postu var.

Qolları orağa oxşayan oğlum,
Telefonun yanında yaşayan oğlum,
Dərdini bacısına deyir,
Bacısı da xəbərçidi
Anasıyla əlbirdir.

Əvvəl dinləyir qəşəng - qəşəng
Sonra anasına deyir göyçək - göyçək.

Dostları xain oğlum ,
Pırpız saçlarımı götürüb özüynən
Odlu ürəyimi götürüb özüynən
Təkcə ehtiyatlı olmağımı götürməyib.

Dilin- ağzın qurusun, a xəbər verən
Əlin - qolun qurusun,
a məktub tutan!

Dostları xain oğlum!

Utandım direktordan
soruşmağa
Görəsən qız nə fikirdədir?


QAYITMALIYAM

Bir evə, bir yola qayıtmalıyam,
Bir ocaq susayıb ayaq səsimə.
Əgər gec qayıtsam, sığmaz bilirəm,
Anamın qollan yer kürəsinə.

Mən yenə bir sözə qayıtmalıyam,
Düzgün deyilmədi, o zaman o söz.
Döyüb bir qapını sındırmalıyam:
"Mənəm-sevdiyinəm, dur qacaq, ay qız".

Bu saca, bu gözə qayıtmalıyam,
Bu sac, bu göz məni yııyub ağlayar.
Bu gecə qalmağa ev almalıyam,
Ev yiyəsi məni duyub ağlayar.

Yağlı təriflərdən qulağım kardı,
Baba şilləsinə qayıtmalıyam.
Yağlı kababların qacıb dadından,
Nənə şorbasına qayıtmalıyam.


ADAM AZ QALIR…

Birdən
adam dolur hirsnən,
yumruqnan,
yaynan, oxnan.
Az qala daşa adam,
Daşmır.

Birdən o qədər sevgin,
O qədər şeirin...
Az qala adam Kərəm olsun,
olmur.

Birdən qolımda qılıncın,
canmda gücün,
Altında qıratın, qəzəbin,
sevgin elə artır, artır,
Adam az qala,
Az qala Koroğlu olsun,
olmur.

Birdən dolursan səsnən,
Dartırsan özünü,
Ha cəkirsən,
Az qalır Aşıq Qəribə,
Adam Aşıq Qərib ola bilmir...


ardı
XS
SM
MD
LG