Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:29

Bayraq meydanı ərazisində qarşıdurma (VIDEO)


Özlərini "Eurovision" qurbanları hesab edirlər
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
Direct-ə keçid

Dövlət Bayraq Meydanı yaxınlığında yerləşən 9mərtəbəli binanın sökülməsi nəzərdə tutulur. Lakin binanın sakinləri hesab edirlər ki, onların mülkiyyət hüquqları pozulur. Dekabrın 5-də binanı sökməyə gələnlərlə bina sakinləri arasında qarşıdurma yaşanıb

Dövlət Bayraq Meydanı (Aqil Quliyev küçəsi, 5) yanındakı doqquzmərtəbəli binanın sakinləri ilə polis arasında qarşıdurma yaranıb. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verir.

Səbayel rayon icra nümayəndəsi vətəndaşlardan birinə fiziki təzyiq göstərib. Bundan sonra onlar arasında qarşıdurma yaranıb. Polis isə məmur tərəfindən vurulan sakini bölməyə aparıb.

Sakinlər dekabrın 5-də Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüş zamanı onlara edilən təkliflə razılaşmadıqlarını deyirlər.

Məhəlləyə toplaşıb icra nümayəndəliyilə müzakirə aparan vətəndaşlara polis nəzarət edir.
Hazırda köçürülməsi gözlənilən həmin binada 65 ailə yaşayır.
XS
SM
MD
LG