Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Bədxərc yoxsa səxavətli büdcə?


Nazim Məmmədov
Nazim Məmmədov
«Azərbaycanın dövlət büdcəsi Azərbaycanın indiki durumuna və idarəetmə sisteminə uyğun tərtib olunub».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında 2012-ci ilin büdcəsini müzakirə edərkən iqtisadçı-ekspert Nazim Məmmədov belə deyib. Onun fikrincə, yeni qəbul edilən büdcəyə real büdcə demək olar. Bununla belə, Nazim Məmmədov hesab edir ki, Azərbaycan iqtisadiyyatına hələ maliyyə resursu lazımdır:

«Adicə kommersiya banklarına müraciət edənlərin strukturuna baxsaq, 100 nəfərdən 92-nə kredit vermək imkanı yoxdursa, bu o deməkdir ki, Azərbaycanda hələ resurs qıtlığı var. Sadəcə, bu resursların işlənilmə mexanizmi dəyişilməlidir. O baxımdan QHT-lər də, biz də deyirik ki, infrastruktur layihələrinə pul ayırmaq lazımdır. Amma onun xərclənməsində kifayət qədər problemlər var. Bu layihələrə pul ayrılmasa, vəsaitlər xaricdə saxlanacaq. Həmin xarici ölkələrin iqtisadiyyatında problemlər yaransa, o pullar da batacaq. Mən bir vətəndaş olaraq pulların burda xərclənməsini daha məqsədəuyğun hesab edirəm, nəinki gözləmə mövqeyini…».

İqtisadçı Qubad İbadoğlu isə yeni büdcəni «bədxərc büdcə» adlandırır. Onun fikrincə, hakimiyyət neftdən
Qubad İbadoğlu
Qubad İbadoğlu
kənar 10 milyard manatlıq büdcə formalaşdırsaydı, ona «səxavətli» demək olardı. Amma büdcəyə cəmi 6.5 milyard manat neftdən kənar daxilolma var. Ekspert hökumətin büdcəni bu səviyyədə saxlaya bilməyəcəyini deyir:

«Azərbaycanda Neft Fondu Azərbaycan Respublikası prezidentinin öz fondu kimi idarə olunur. Bu fondun vəsaitlərinin təsdiqi, dəyişikliyi, hara, necə, nə qədər ayrılmasını prezident öz fərmanları, sərəncamları ilə həll edir. Biz istəyirik ki, fond qanunla idarə olunsun. 2012-ci ilin Neft Fondunun büdcəsinin 98 faizini xərcləməyə qərar verilib. Daxil olan vəsaitlərin 98 faizi xərclənəcək. Azərbaycanda neft gəlirlərinin idarə olunmasından əldə edilən gəlirlər ildən-ilə azalır. Məsələn, 3 il bundan əvvəl ildə 400 milyon qazanırdıq. İdarəetməyə isə 10 milyard vermişdik. 2010-cu ildə idarəetməyə 22 milyard vermişik, cəmi 195 milyon qazanılıb. Bunu onlar bacarmırlarsa, saxlayaq gələcək nəsillərə, bəlkə onların arasında ağıllı insanlar olacaq…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG