Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:06

2 aprelçilərin məhkəməsində «Azadlıq» şüarları səslənir


2 aprelçilərin məhkəməsində qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
MƏHKƏMƏ SALONUNDAKI MÜLKİ GEYİMLİLƏR KİMDİR?

2 aprel aksiyası zamanı saxlanan müxalifət fəalları - Arif Hacılı, Tural Abbaslı, Fuad QəhrəmanlıMəhəmməd Məcidlinin apellyasiya şikayəti üzrə dekabrın 9-a təyin olunmuş proses insidentlə başladı. Əvvəlki iclaslardan fərqli olaraq bu dəfə məhkəmə salonunda çoxlu sayda polis işçiləri və mülkigeyimli şəxslər var idi.

Hakim Vaqif Mursaqulov məhkəmə iclasını açıq elan edən kimi Arif Hacılı hakimə xatırlatdı ki, ötən məhkəmə iclasında videoçəkilişə icazə verəcəyini vəd etmişdi. Hakim videoçəkilişə icazə verdi. Fotoaparata ilk əl atan Müsavat Gənclər komitəsinin sədr müavini Səxavət Soltan oldu. Ancaq təqsirləndirilən şəxslərin şəklini çəkmək istəyərkən hakim məhkəmə salonundakı mülkigeyimli şəxslərə tapşırdı ki, onu salondan kənarlaşdırsınlar.

SÖYÜŞ, YUMRUQ VƏ «AZADLIQ» ŞÜARLARI

Mülkigeyimlilər Səxavət Soltanı dəhlizə çıxarmağa cəhd göstərəndə təqsirləndirilən şəxslər və salondakılar etiraz etdilər. Mülkigeyimlilərdən biri qəfəsə yaxınlaşaraq etiraz edən Tural Abbaslını söydü və vurmağa cəhd göstərdi. Polislərin müdaxiləsi ilə onu qəfəsin yanından uzaqlaşdıra bildilər. Həmin şəxs «Yeni Müsavat» qəzetinin müxbirinin əlindəki fotoaparatı alaraq yerə çırpıb sındırdı. Hakimlər vəziyyəti belə görüb zaldan çıxdılar. Təqsirləndirilən şəxslər və zalda olanlar polislərin və mülkigeyimlilərin zaldan çıxarılmalarını tələb etdilər:

- Polislərin zalda nə işləri var? Kimdir bu mülkigeyimli adamlar? Məhkəmə zalında nə gəzirlər? Haradan gəliblər?

Məhkəmə salonunda «Azadlıq!» şüarları səsləndi.

DEKABRIN 16-DƏK FASİLƏ

Uzun-uzadı etirazlardan sonra zaldakı mülkigeyimlilər çıxarıldı, polislərin isə sayı azaldı. Arif Hacılı salondakılardan sakitləşməyi xahiş etdi:

- Yəqin ki, belə olmalıdır. Hakim bizim arqumentlərimizin qarşısında dura bilmədiyi üçün bura bandit dəstəsi gətirmişdi, onlar da çıxdılar çölə. Narahat olmayın, əyləşin.

Hakim məhkəmə zalına qayıdıb iclası yenidən açıq elan etdi. O, təqsirləndirilən şəxslərdən və salonda əyləşənlərdən sakitliyə riayət olunmasını tələb etdi. Bu dəfə Tural Abbaslı bir az əvvəl məhkəmə zalında baş vermiş hadisəyə münasibət bildirmək istədi. Hakim onu bir neçə dəfə «sözümü kəsməyin, əyləşin» deyəndən sonra ikinci dəfə fasilə elan edib zaldan çıxdı. Bir neçə dəqiqədən sonra zala qayıdan hakim növbəti dəfə iclası açıq elan etdi. Bu dəfə məlum oldu ki, Tural Abbaslının vəkili Anar Qasımlı və Məhəmməd Məcidlinin vəkili Azər Nağıyev iclasa gecikirlər. Təqsirləndirilən şəxslər prosesin həmin vəkillərin iştirakı olmadan keçirilməsini mümkün saysa da, dövlət ittihamçısı razılaşmadı. Hakim vəkillərin iştirak etmədiyini əsas gətirərək məhkəmə iclasını dekabrın 16-dək təxirə saldı.

Məhkəmə iclasını izləməyə gələnlər arasında Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də var idi.

2 aprel mitinqində təşkilatçılığa və iştiraka görə oktyabrın 3-də Səbail rayon Məhkəməsi Arif Hacılıya, Məhəmməd Məcidliyə və Tural Abbaslıya 2 il yarım həbs, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza hökmü çıxarıb.
XS
SM
MD
LG