Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:24

Türkanda evləri sökülənlər (VİDEO)


Türkanda da tikililər sökülür, polislə qarşıdurma var
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00
Direct-ə keçid

Türkan qəsəbəsinin bir qrup sakini onlara miras qalmış torpaqların qeyri-qanuni əllərindən alındığından şikayətçidirlər.

«Dəniz qırağını alıblar, indi də gəlib torpaqlarımızı alırlar. Deyirlər sən yaşama, mən yaşayacağam. Polislər də gəlib dayanıb başımızın üstündə döyürlər, incidirlər bizi».

«Polis rəisi alır torpaqlarımızı, sonra da bir çamadan pula satır. Bu boyda milləti Mehriban xanıma qarşı qaldırırlar, təxribat yaradırlar».

Türkan qəsəbəsinin bir qrup sakini onlara miras qalmış torpaqların qeyri-qanuni əllərindən alındıqlarından şikayətçidirlər. Deyirlər ki, Abşeron rayon icra hakimiyyəti onların 90-cı illərdə bir daha təsdiqlətdirdikləri şəhadətnamələri tanımır və torpaqları bir başqasına satıb. Xəzər rayon polis idarəsi isə sakinlərdən tələb edir ki, bu ərazini tərk etsinlər, çünki bu torpaqları alan sahibkar ərizə ilə polisə müraciət edib. Qəsəbə sakinləri isə iddia edir ki, elə bütün bu işlərin başında Xəzər rayon polis səlahiyyətliləri durur, başqa sözlə, torpağı qeyri-qanuni satan onlardır:

ALAN KİMDİR, SATAN KİM

Şikayətçi Türkan sakinləri
Şikayətçi Türkan sakinləri
​Məmmədağa Mayılov: «Bura bizim dədə-baba mülkümüzdür, 6-7 ailəyə məxsusdur. Nə məhkəmə qərarı var, nə sökülən əmlakın siyahısı. Hamımızı tapdalayıb keçib gedirlər. Nə bilinir alan kimdir, nə də satan».

Vüqar Əmirov: «Prezidentə müraciət edirik ki, bir komissiya göndərsin, bu haqsızlığa son qoyulsun. Şəhərdən yer qurtarıb deyə Türkana gəliblər».

Türkan qəsəbə sakinləri bu torpaqlarda əsasən əkin-biçinlə məşğuldurlar, göy- göyərti əkib satırlar, bu yolla dolanırlar. Dediklərinə görə, 6-7 ailəyə məxsus bu ərazidə ev tikmək də istəyiblər, amma tikintiyə də icazə verilmir.

GƏLƏN DƏFƏ BELƏ ETSƏN...

Torpaq sahibi Məmmədağa Mailovun dediyinə görə, dekabrın 25-də gəlib hasarlarını sökülmüş halda görüblər, hasardan bir qədər aralı isə yeni özül atılıb. Etiraz edən qəsəbə sakini Samir Mayılovu isə polis saxlayıb, 5 sutka həbs ediblər:

«Qulağımın dibinə şillə vurdu atdı məni içəri. 5 sutka verdilər, dedilər gələn dəfə belə etsən 5 il verəcəyik».

Şikayətçi Türkan sakinləri polislə qarşıdurmada
Şikayətçi Türkan sakinləri polislə qarşıdurmada
​«Haqqını tələb edəndə də tutub basırlar içəri. Təmiz dərəbəylik, özbaşınalıqdır. Prezidentdən xahiş edirik ki, gəlib bizim vəziyyətimizə baxsın».

TİKİNTİ APARILMAYACAQ

Baş verənlərə etiraz edən qəsəbə sakinləri dekabrın 27-də Türkan-Hövsan yolunu bağlayıblar. Hadisə yerinə gələn Xəzər rayon Polis İdarəsinin rəis müavini Mehman İsayev isə torpaqların polis rəisi tərəfindən satılması ilə bağlı deyilənləri əsassız hesab edir:

«Bu torpağı bir vətəndaş alıb, sənədi də var, bu barədə istintaqda materiallar da var. Bunlar isə heç bir sənəd təqdim etməyiblər. Xəzər rayon polis bölməsində istintaqda material var ki, bu torpaqlar zəbt olunub. Sənədləri varsa, gətirsinlər təqdim etsinlər».

Sözü gedən torpaqlara cavabdeh olan Abşeron rayon icra hakimiyyətindən isə nə hadisə yerinə gələn oldu, nə də zənglərə cavab verən. Xəzər rayon icra hakimiyyəti başçısının müavinləri isə narazı sakinləri qəbul edib onlara məsələni araşdıracaqlarını vəd verdilər. İcra hakimiyyəti başçısının müavini Əli Heydərov sakinlərə bildirdi ki, məsələyə aydınlıq gətirilməyənədək həmin ərazidə hər hansı tikinti aparılmasının qarşısı alınacaq.
XS
SM
MD
LG