Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:58

Cabbar Savalanlı: “Etmədiyim cinayətə görə əfv istəyəcəkdim?”


Cabbar Savalanlı
Cabbar Savalanlı
-

AzadlıqRadiosunun “İşdən sonra” proqramında həbsdən azad olmuş AXCP fəalı Cabbar Savalanlı suallara cavab verib. Həmin müsahibədən bəzi sitatları diqqətinizə çatdırırıq.

- Həbs olunacağımı əvvəlcədən təxmin edirdim. Anama deyirdim ki, həbs olunsam narahat olma.

- Biz həbs olunmağımızla nəyə isə nail olduq. Bizim həbsimiz hədər getmədi. Bütün dünya Azərbaycanla maraqlanmağa başladı.

- Mənim həbsim onu göstərdi ki, hakimiyyət istədi ki, başqa şəhərlərdə müxalif gənclərin sayını çoxalmasının qarşısını alsınlar. Bununla gənclərin gözünü qorxutmaq istədilər.

- Bizim həbsimizdən sonra çox gənc müxalif partiyalara qoşuldular.

- Mən niyyətlərimdən dönməmişəm.

- Azadlığın sərhədi, çərçivəsi yoxdur.

- Sevinirəm ki, məni sevən insanlar mənim yanımdadırlar.

- Həbsdən çıxanda müəyyən qədər xoş hisslər keçiririk. Amma digər vicdan məhbuslarının hələ də həbsdə qalmasına üzüldüm.

- Həbsdə olduğum 10 ay 11 gün mənə çox şeylər verdi. Həbs olunduğum bu müddətdə mən həyatımın ən gözəl hisslərini yaşadım.

- Mən əfv ərizəsindən imtina etmişdim. Cinayət törədən insanı əfv edərlər. Etmədiyim cinayətə görə əfv istəyəcəkdim?.

- Universitetə bərpa olunmağa çalışacağam. Amma yaxınlarım burda oxumağımı istəmirlər. Ölkədən getməyi isə mən istəmirəm.

- AXCP Gənclər Komitəsində bundan sonra da fəaliyyətimi davam etdirəcəm.

- Əfv imzalamaqla prezident özünü humanist göstərmək istəyir.

- Bu ölkədə heç bir şey normal deyil.

- Xaricə də getsəm mübarizəmi davam etdirəcəyəm.

- Biz islah olunmaq üçün heç bir cinayət etməmişdik.

- Mən istəyərdim ki, digər siyasi məhbuslarla hamımız bir azadlığa çıxaq.

- Bəzi vicdan məhbuslarının sonradan vicdansıza çevrilməsi fikri ilə razıyam. Həyatda belə şeylər də olur. Amma bu bizdə ola bilməz.

- Televiziyaların bizim haqqımızda bizi gözdən salmaq üçün yalan məlumatlar verməsi də cəmiyyətdə öz yerimizi tapmağımıza mane ola bilmədi.

- Mən milliyyətçi demokratam.

- Biz düzünü dediyimiz üçün hakimiyyət bizi həbsə atdı.

Verilişi tam olaraq buradan dinləyin.

XS
SM
MD
LG