Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:26

Azərbaycanın hökumət saytlarına kütləvi kiber hücum olub


Azərbaycanın dövlət və hökumət qurumlarının saytlarına kütləvi kiber hücum olub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin, Azərbaycan Təhsil Nazirliyinin qurumlarından biri olan Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının, Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi və Yeni Azərbaycan Partiyasının saytlarına da haker hücumu olub.

Təhsil Nazirliyinin , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının , Abşeron Rayon İcra Hakimiyyətinin saytları kiber hücum nəticəsində dağıdılıb, yerində Azərbaycan dövlətinin ünvanına təhqiramiz sözlər yazılıb.

Bundan başqa AzərTacın, Trend inforamsiya agentliyinin saytları da hücuma məruz qalıb.

Saytlara hücum edən “Azerian Cyber Army” adlı haker qrupudur.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalarının İnstitutunun direktoru Rasim Əliquliyev bu hücumlarla bağlı deyib ki,

"haker hücumları müəyyən provayderlər vasitəsilə təşkil edilir. Bu təhlükənin hansı ip ünvanlardan, hansı ölkələrdən, hansı ölkələrdə fəaliyyət göstərən provayderlər tərəfindən həyata keçirilməsini aydınlaşdırmaq mütəxəssislər üçün çətin deyil. Bu təhlükənin mənbəyi ilə bağlı tədbirlər görmək artıq müvafiq dövlət qurumlarının işidir. Amma bu hadisə Azərbaycan üçün böyük bir siqnaldır. Elektron dövlət formalaşdıqca, veb saytlarımızın, elektron dövlətin ayrı-ayrı komponentlərinin təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verilməlidir. Çünki təhlükəsizlik təmin olunmayanda belə hallar ortaya çıxır."
XS
SM
MD
LG