Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:36

Xəzərdə 1 km-lik göydələn tikilir? [Video və fotolar]


 Khazar Islands layihəsi
Khazar Islands layihəsi
Deyəsən Göy Xəzərdə göydələn tikintisi gerçək olacaq.

“APA-EKONOMİKS”in verdiyi xəbərə görə, Xəzərdə yeni yaşayış və biznes kompleksi – «Khazar Island» layihəsini həyata keçirən «Avesta» konserni burada tikiləcək hündür bina ilə bağlı planlarını dəyişib.

Xəbərdə bildirilir ki, layihə çərçivəsində inşa ediləcək «Azərbaycan qülləsi»nin («Azerbaijan Tower») hündürlüyü 1 kilometrdən artıq olacaq. Bu da dünyanın ən hündür qülləsi deməkdir. Bu barədə “APA-EKONOMİKS”ə konsernin prezidenti Hacı İbrahim Nehrəmli danışıb.

Xəbərdə həmçinin vurğulanır ki, bundan əvvəlki eskizlərdə «Azərbaycan qülləsi»nin mərtəbələrinin sayı 185, hündürlüyü 560 metr nəzərdə tutulubmuş. Amma sonradan şirkət rəhbərliyi layihəni dəyişdirib və Bakıda dünyanın ən hündür qülləsinin tikilməsinə qərara verib.

Yeni binanın hündürlüyü 1 050 metr olacaq.



Konsernin prezidentin sözlərinə görə, bununla da «Azerbaijan Tower» ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan «Bürc Xəlifə»dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan «Kingdom Tower» qülləsindən 50 metr hündür olacaq.

Artıq «Avesta» konserninin rəhbərliyi bu binanın tikintisini «Bürc Xəlifə»ni inşa etmiş şirkətlərlə də müzakirə edib.

«Azerbaijan Tower»in tikintisinə «Khazar Island» layihəsinin II mərhələsi çərçivəsində başlanacaq və bina 2018-2019-cu illərdə istifadəyə veriləcək.



XS
SM
MD
LG