Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:19

Qar onlarla kəndi işıqsız qoyub


Güclü qar Azərbaycanın şimal-qərb bölgəsində ciddi problemlər yaradıb.

Artıq 5 gündür bölgəyə aramsız qar yağır. Qarın qalınlığı Balakəndə 50, Zaqatalada 40, Qaxda isə 50-60 sm-ə çatıb. Yolları buz bağlayıb, bəzi yerlərdə elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Balakən rayonunun 18 kəndi və bir qəsəbəsi yanvarın 27-si axşamdan işıqsız qalıb.

Digər rayonların da bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda qəzaların aradan qaldırılması istiqamətində iş aparılır. Yollar buzdan təmizlənir. /apa/
XS
SM
MD
LG