Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Rusiya Suriya ilə bağlı qətnaməni veto edə bilər


Homs şəhəri, 31 yanvar 2012-ci il
Homs şəhəri, 31 yanvar 2012-ci il
Rusiya Qərb ölkələrinin təklif elədiyi BMT-nin Suriya ilə bağlı qətnaməsini veto eləyə bilər. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, təklif olunan qətnamədə ölkəyə xarici müdaxilənin yolverilməzliyi aydın şəkildə ifadə olunmayıb və bu qətnamə Suriyadakı münaqişəyə son qoymayacaq, əksinə böhranı dərinləşdirə bilər.

Qərb ölkələri və Ərəb Liqasının dəstəklədiyi qətnamə layihəsində prezident Bashar al-Assad hakimiyyətdən getməyə çağırılır. Rusiya isə Suriyadakı toqquşmalar və böhranın suriyalıların daxili işi olduğunu bildirir və müzakirələrin hələ çox davam edəcəyini deyirlər.

ABŞ Dövlət katibi Hillary Clinton isə BMT Təhlükəsizlik Şurasını Suriyada daha çox adam ölməmiş təcili addımlar atmağa çağırıb.


Suriya qoşunları rejimə qarşı çıxanlara qarşı ötən həftədən başlanan hücumu fevralın 1-də davam etdiriblər. Bu gün də Dəməşq ətrafı və Homs əyalətindəki etirazçılara qarşı tankların köməyi ilə hücumlar və kütləvi həbslər olub. Məlumatlara görə, bugünkü döyüşlərdə azı 8 etirazçı və 15 əsgər həlak olub. ümumilikdə son 3 gündə ölkədə 200-dən çox etirazçı öldürülüb.

Fevralın 1-də Suriya müxalifəti Hama şəhərində 30 il əvvəlki sünnilərə qarşı hücumun ildönümünü qeyd eləmək üçün 2 günlük etiraz aksiyasına çağırıb. İndiki prezident Bashar al-Assadin atası Hafiz Asadin əmriylə 1982-ci ildə bir ay sürən əməliyyatlarda Hama şəhərində 40 minə yaxın adam öldürülmüşdü.
XS
SM
MD
LG