Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:01

İran bir daha düşmənlərini hücumla hədələyib


İran xəbərdarlıq edib ki, əgər onun ərazisi hər hansı ölkədən atəşə tutulsa buna hücumla cavab verəcək.

Bunu İran İnqilab Qvardiyası rəhbərinin müavini Hussein Salami bazar günü Hörmüz boğazı yaxınlığında keçirilən hərbi təlimdə deyib.

ABŞ və İsrail İrana hərbi zərbənin mümkünlüyünü istisna etmirlər.

Tehran isə buna cavab olaraq İsrail və ABŞ-ın regiondakı hərbi bazalarını hücumla hədələyir.

Beynəlxalq aləm İranı nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran itihamı rədd edir.
XS
SM
MD
LG