Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Suriyada etirazçıları bombalayırlar, ABŞ isə səfirliyini çıxarır


Homsda müxalifət fəalları öldürülənləri dəfn edirl, 4 fevral 2012-ci il
Homsda müxalifət fəalları öldürülənləri dəfn edirl, 4 fevral 2012-ci il
ABŞ Suriyadakı səfirliyini bağlayıb və diplomatlarını ölkədən çıxarıb. Dövlət Departamentindən bildiriblər ki, Prezident Bashar al-Assad rejimi ölkədəki səfirliyin təhlükəsizliyini təmin etməklə bağlı ciddi tədbirlər görənə qədər səfirlik bağlı qalacaq.

Suriya qoşunları bu gün də etirazçıların yaşadığı Homs şəhərini vertolyotlar və raketlərlə bombalamağa davam edir. Hüquq müdafiəçiləri Homsda bu gün azı 17 nəfərin öldüyünü deyirlər. Dəməşq, Hələb və Zabadani şəhərlərində etirazçılara açılan atəş nəticəsində 3 nəfər də ölüb.

Hökumətsə Homsu atəşə tutduğunu inkar edir, orada silahlı terrorçuların zorakılıq törətdiyini bildirir.

Ərəb Liqası rəhbərliyi Qahirədən bildirib ki, Suriya ordusunun etirazçılara qarı ağır silahlardan istifadə etməsi ölkədə vətəndaş müharibəsinə gətirib çıxarır.

Bu gün etirazçıların tərəfinə keçən Suriya ordusunun zabitləri ölkəni Assad rejimindən azad eləmək üçün Ali İnqilab Şurası yaradıblar. Şuraya Türkiyədə olan general Mustafa Ahmed al-Sheikh başçılıq edir. Etirazçıların tərəfinə keçən əsgərlər bundan əvvəl də Azad Suriya Ordusu yaratmışdılar.

Fevralın 6-da Parisdə görüşən Fransa və Almaniya rəhbərləri isə bildiriblər ki, Suriyanı unutmayacaqlar və BMT-dəki qətnaməni veto edən Rusiyanı fikrindən daşındırmaq üçün cəhdləri davam etdirəcəklər.

Suriyada qarşıdurmanın davam etdiyi vaxt BMT Təhlükəsizlik Şurasında Bashar Assadi istefaya çağıran qətnaməni veto edən Rusiya və Çin özlərinə haqq qazandırmağa çalışıblar.

Rusiya bildirib ki, bu qətnamə isterikadan başqa bir şey deyildi və Bashar Assadi kompromisə çağırmaq üçün Dəməşqə səfər edəcəklər. Çin isə bildirib ki, sadəcə ədalət naminə qətnaməni veto ediblər.

ABŞ Rusiya və Çini öz vətəndaşlarını bombalayan qəddar Suriya rejimini qorumaqda ittiham eləmişdi.

BMT-nin hesablamalarına görə, ötən ilin mart ayından bu yana Suriyada Bashar Assad rejiminə qarşı çıxan 6 minə yaxın etirazçı öldürülüb.
XS
SM
MD
LG