Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Tehran Azərbaycanın yük maşınlarını İrana buraxmır [VIDEO]


Tehran Azərbaycanın yük maşınlarını İrana buraxmır
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

Tehran Azərbaycanın yük maşınlarını İrana buraxmır

Azərbaycan-İran sərhədindəki yük terminallarında yaranmış problem aradan qaldırılıb.

Astara yük terminalının rəisi Rafael Abdullayev APA agentliyinə bildirib ki, tərəflər arasında aparılan danışıqlardan sonra problem artıq yoluna qoyulub.

Bundan əvvəl sərhəddin hər iki tərəfində 60-a yaxın yük maşınından ibarəd növbə yarandığı xəbər verilirdi.

Buna səbəb maşınların standartlara uyğun gəlməməsi göstərilirdi.

***


Son 3 gündə Azərbaycan-İran sərhədində gərginlik yaranıb. İran gömrükçüləri Azərbaycandan gələn yük maşınlarını geri qaytarırlar. Səbəb kimi onların standartlara uyğun gəlmədiyi deyilir. Fevralın 15-də isə qaydalar daha da sərtləşdirilib.

Bu haqda AzadlıqRadiosuna sərhəddə yığışan sürücülər deyiblər.

Elə Azərbaycan tərəf də son günlərdə adekvat olaraq İrandan gələn yük avtomobillərinin eyni səbəbdən geri qaytarırlar. Həmin avtomobillər də İran gömrüyündə gözləyirlər.

Astara yük terminalında Azərbaycana aid 60-dan çox yük maşını toplanıb.

Bunu isə terminalın direktor müavini Zülfüqar Abdullayev deyib:

«Elə maşınlar var ki, sənədləri düz deyil. Amma bu cür maşınlar həddən artıq azdır. Əvvəllər belə maşınları İran ciddi yoxlamırdı. İndi onları çox diqqətlə yoxlayırlar. Bütün maşınlar geri qaytarılır».

Sürücülərsə bildirirlər ki, indiyə kimi İrana dəfələrlə gedib gəlsələr də, onlara avtomobillərinin standarta uyğun gəlmədiyini deyən olmayıb. Üstəlik onlar qeyd edirlər ki, standartlarla bağlı tələblər Rusiyadan gələn maşınlara şamil
edilmir:

«Elə bil, elan olunmamış müharibə gedir».

Sürücülər baş verənləri son zamanlar Azərbaycanla İran arasındakı diplomatik gərginliklə izah edirlər.

Bir müddət əvvəl Azərbaycan hüquq-mühafizə orqanları İranın İsrail vətəndaşlarına qarşı Bakıda terror hazırlaması haqda məlumat yaydı. Daha sonra Tehran Azərbaycanı İsrail kəşfiyyatının öz ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə şərait yaratmaqda ittiham etdi.

«Aydın məsələdir ki, məsələ maşınların standarta uyğun gəlib-gəlməməsində deyil. Sadəcə 2 ölkə arasındakı gərginlik pik nöqtəsinə çatıb». «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə düşünür:
«2000-ci illərdə İran təyyarələri Azərbaycan sərhədini pozanda da belə gərginlik yox idi. 20 illik müstəqillik dönəmində ən gərgin dövrdür. İrandan Azərbaycana bəyanatlar səngimir. Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu hətta İrana göndərdi ki, bəlkə vəziyyət düzələ. Əksinə o geri qayıdandan sonra təbliğat bir az da gücləndi.

Bu arada Azərbaycanda terror törətmək istəyən qrup saxlandı. Həmin qrupa maliyyə və silah da İrandan ötürülmüşdü. Sonra adekvat cavab vermək zərurəti yarandı. Azərbaycan parlamenti də ölkənin Şimali Azərbaycan adlanmasını gündəmə gətirdi. Aydındır ki, bunu fonunda gərginlik iqtisadi münasibətlərə keçir».
XS
SM
MD
LG