Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:03

Qubanın polis rəisinin müavini işdən çıxarılıb


Quba, 1mart 2012
Quba, 1mart 2012
Qubanın polis rəisinin müavini Azər Rzayev Daxili İşlər Nazirinin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şəbə rəisi Orxan Mansurzadə bildirib. O, Azər Rzayevin Quba hadisələrinin təşkilatçılığında günahlandırılaraq həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib. Deyib ki, Azər Rzayev tutduğu vəzifədən azad edilərək sərəncama verilib:

«Nazirliyin təcrübəsində belə hallar olur, kimsə tutduğu vəzifədən çıxarılır və sərəncama göndərilir».

Martın 1-də Qubada iğtişaş baş verib, yerli əhalinin tələbi əsasında rayon icra başçısı istefaya göndərilib.
XS
SM
MD
LG