Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:32

MTN 7 regionda xüsusi əməliyyat keçirdiyi haqda məlumat yayıb


Bakı, Gəncə, Sumqayıt, Qax, Zaqatala, Şəki və Qusarda xüsusi əməliyyat tədbirləri keçirilib.

Gəncədə keçirilən əməliyyat zamanı bir MTN əməkdaşı həlak olub və 3 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu əməliyyatları keçirən Milli Təhlükəsizlik Nazirliyinin
məlumatına görə, terror aksiyaları planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanıb.

Onlardan 4 ədəd “AKM” tipli avtomat silah, 1 ədəd “RPK” tipli pulemyot, 2 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd “Steçkin” tipli tapancalar, 2 ədəd “Karabin” tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd “Kenwood” markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
XS
SM
MD
LG