Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Taksi sürücüsü: «Thank you, very good, good morning» [VIDEO]


Taksi sürücüsü: «Thank you, very good, good morning»
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00
Direct-ə keçid

Taksi sürücüsü: «Thank you, very good, good morning»

Hazırda
Nobət Məmmədov
Nobət Məmmədov
ingilis dili dərsidir. Dərsdə oturanların əksəriyyətinin yaşı 40-dan çoxdur. Söhbət taksi sürücülərindən gedir. «Bakı Taksi» MMC 500-dən çox taksi sürücüsünə dövlət hesabına ingilis dili kursları təşkil edir.

«Thank you, very good, good morning, sonra... Bəzi sözləri bilirəm. Düzdür, yaxşı tələffüz etməsəm də əsas odur ki, mənasını başa düşürəm. Daha əvvəlki kimi turist nəsə deyəndə gözümü döyməyəcəm».

«3 DƏRSƏ 20 SÖZ ÖYRƏNMİŞƏM...»

45 yaşlı Nobət Məmmədov ingilis dilində öyrəndiyi bəzi sözləri bizimlə də bölüşür. Deyir ki, dərsləri yaxşı mənimsəmək üçün əlindən gələni edir. Amma gülərək onu da əlavə edir ki, 45 yaşda nəsə öyrənmək göründüyü kimi asan deyil:

«Biz 3 dərsdir ki, iştirak edirik. 3 dərsə təxminən 20 söz öyrənmişəm. Məncə, bu yaşda 3 dərsə bu qədər söz öyrənmək pis nəticə deyil. Baxmayın, yaddaş da rol oynayır».

«İMTAHANLARDAN KEÇƏ BİLMƏYƏNLƏR TAKSİ SÜRƏ BİLMƏYƏCƏK»

Aprelin sonundan başlanan kurslarda həftədə 2 dəfə dərs keçilir. Dərslər saat yarım davam edir. 6 qrupa bölünən «London taksi» sürücülərinə 3 müəllim dərs keçir. Sürücülərin bəziləri dərslərdə fəal iştirak edir, bəzilərinin gözü isə saatda qalıb, dərsin nə vaxt bitəcəyini gözləyirlər. Amma kursun sonunda yalnız imtahanlardan keçə bilənlərə «Eurovision» müsabiqəsi ərəfəsində taksi sürməyə icazə veriləcək.
Aprelin sonundan başlanan kurslarda həftədə 2 dəfə dərs keçilir
Aprelin sonundan başlanan kurslarda həftədə 2 dəfə dərs keçilir
Odur ki, əksəriyyət əlində kitab müəllimi diqqətlə dinləyib, bəlkə də ilk dəfə eşitdikləri sözləri tələffüz etməyə çalışır:

- «Bizə nə lazımdırsa, onu öyrədirlər. Hələ yazdıqlarımızı tam əzbərləməmişik. Amma 5-10 günə bütün yeni sözləri öyrənməyə çalışırıq».

- «Mənim uşaqlıqdan ingilis, rus dillərinə həvəsim olub. Məsələn, sərnişin gələndə «hello», gedəndə «bye-bye» və başqa sözləri öyrənirik. Amma təbii bizim o yaşımız deyil ki, lap yaxşı öyrənək».

«SÜRÜCÜLƏRİN NƏTİCƏSİ YAXŞIDIR»

İngilis dili müəllimi Nazir Ağayev deyir ki, tədris zamanı rastlaşdığı ən böyük problem sürücülərin dərsdə sakit otura bilməmələridir:

«Dərslər əvvəl çətin gedirdi, indi yaxşılaşıb. Dərsi xüsusi metodika ilə qurmaq lazımdır ki, onlar dərsdə sakit otursunlar. Bir aylıq tədris proqramı turistlərin verəcəyi suallara uyğun qurulub. Yəni, turist sürücüdən nə soruşa bilər və sürücü ona necə cavab verməlidir. Məncə, bir aya istədiyimiz nəticə əldə ediləcək».
Nazir Ağayev
Nazir Ağayev

Sürücülərə yeni sözlər verilir. Dərsin sonunda isə iki sürücü yeni sözlərdən istifadə edərək sürücü və turistin dialoqunu qurur. Nazir Ağayev deyir ki, bu yolla onlar həm danışığı, həm də eşitməni inkişaf etdirirlər.

TAKSİLƏRDƏ POS-TERMİNALLAR QURAŞDIRILACAQ

İngilis dili dərslərindən sonra isə sürücülərə 10-15 dəqiqə ərzində POS-terminallardan istifadə qaydaları öyrədilir. Onların sualları cavablandırılır. «Eurovision»a kimi «London taksiləri»ndə kartla ödəməni təmin etmək üçün POS-terminallar quraşdırılacaq.

40 yaşlı Mübariz Aslanov isə «London taksisi» sürmür, öz şəxsi maşınından taksi kimi istifadə edir. Deyir ki, onun maşınına POS-terminal quraşdırılması barədə heç nə deməyiblər. Heç ingilis dili dərsləri barədə də. Mübariz Aslanov isə turistlərlə işləmək üçün çıxış yolu tapıb.
Bakıda taksi
Bakıda taksi
Bekar olanda özü ingilis dilini öyrənir. İngilis dili müəllimi olan qonşusunun köməkliyi ilə artıq 100-ə qədər saymağı öyrənib:

«10 GÜN OLAR SAYMAĞI ÖYRƏNMİŞƏM»

«10 gün olar saymağı öyrənmişəm. Sabahdan bəzi ifadələri də öyrənməyə başlayacam. Məsələn, hara gedirsiz, qiyməti danışmaq və s. Düzü, bir az çətindir. Məsələn, «London taksiləri»nə dövlət hesabına xüsusi ingilis dili kursları təşkil olunub. Amma heyf ki, adi taksi sürücülərini bu kurslara cəlb etmirlər».

Bundan əvvəl Nəqliyyat Nazirliyi taksi sürücülərini özünün Londondan idxal etdiyi taksilərdən icarəyə götürməyə çağırırdı. Mayın 1-dən isə nazirlik Sovet istehsalı olan avtomobillər taksi xidmətindən yığışdırılacağını deyirdi.

Bakıda «Eurovision» mahnı yarışması mayın 22-də, 25-də və 26-da keçiriləcək.
XS
SM
MD
LG