Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:07

Dini Komitədən İrana cavab: "Şərəfsizliyə göz yuma bilmərik"


Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında mayın 9-da keçirilən mitinq
Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında mayın 9-da keçirilən mitinq

“Eurovision” günlərində Bakıda gey-parad keçirilməsinin qarşısının alınması tələbiylə İranda aparılan kampaniya ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyanat yayıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mayın 8-də İranda keçirilən aksiya ilə bağlı açıqlama yayıb. Bəyanatda bildirilir ki, son vaxtlar İran İslam Respublikasının media məkanında siyasi əxlaq və milli-mənəvi dəyərlərə uyuşmayan, dövlətlər arası münasibətlərə kölgə salan təbliğat və təşviqat ünsürlərinə rast gəlinir.

Bəyanatda deyilir ki, “Qəbuledilməz haldır ki, aksiyalarda yüksək nüfuz sahibi olan şəxslərin ünvanına Azərbaycan və İran mentalitetinə yaraşmayan şər-xəta sözlər səsləndirilir. Azərbaycan Respublikasının rəsmi şəxsləri İran dövlətinə mehriban qonşuluq və dost münasibətini siyasi mövqe olaraq dəfələrlə açıqlamışlar. Lakin İran İslam Respublikasının dövlət adamları bu günədək bunun əksini sübut edəcək heç bir faktla çıxış etməyiblər”.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası dünyəvi dövlətdir və digər dövlətlər vətəndaşların bu seçiminə hörmət etməlidirlər. Bununla belə, dövlət öz ərazisində milli-dini dəyərlərə yad olan, hansısa şərəfsizliyin baş tutmasına göz yuma bilməz.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, “Dövlətimiz Dağlıq Qarabağ uğrunda mübarizədə müxtəlif dinc formalardan istifadə edir. “Evrovision-2012” məhz həmin mübarizənin tərkib hissələrinə güc verəcək bəşəri formatlı tədbirdir. Bunun olduğu kimi görünməsini istəməyənlərin mövqeyi və hərəkətləri ancaq acı təəssüf doğurur”.

Mayın 8-də Təbrizdə Azərbaycan konsulluğunun binası qarşısında aksiya təşkil olunub. Aksiyada “Eurovision” günlərində Bakıda gey-parad keçirilməsinin qarşısının alınması tələb olunub.

Bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsi də məsələ ilə bağlı bəyanat yaymışdı.
XS
SM
MD
LG