Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:26

Naxçıvan teleradiosu yeni inkişaf mərhələsini yaşayır


Naxçıvan
Naxçıvan

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 58 (20.463) 31 mart 2012


MÜZƏFFƏR ORDUSU OLAN VƏTƏN YENİLMƏZDİR

...Hərb sahəsində əsası ulu öndər tərəfindən qoyulan ideya və prinsiplərin ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan ordusunun bugünkü inkişaf səviyyəsinə gətirib çıxarmışdır...

...Sevindirici haldır ki, hərbi sənayemiz də gündən – günə inkişaf edir. Azərbaycanda 20-dən çox hərbi müəssisə və hərbi zavod fəaliyyət göstərir. Bu sahədə 30-dan çox istehsal sahəsi yaradılmışdır. Ölkəmizdə ən müasir texnikaların istehsalı ordunun texniki təminatının da daimi Ali Baş Komandanının ciddi nəzarətində olduğunu göstərir.
Azərbaycan ordusunu Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələri də daim dövlət başçısının və muxtar respublika rəhbərliyinin diqqət mərkəzindədir. Muxtar respublikamızda vüsət alan böyük quruculuq işləri hərbi hissələri də əhatə etmişdir.

ZƏNGİN TARİXƏ MALİK OLAN NAXÇIVAN TELERADİOSU YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏDİR

...Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhəri daxilində yayımlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra həyatımızın bütün sahələri, o cümlədən televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli radionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapmışdır.

Naxçıvan Muxtar Respublika Ali Məclisini sədri Vasif Talıbov çıxışlarının birində demişdir: «Biz hələ 1996-cı ildən Naxçıvan televiziyası və radiosunun ayrıca kanalda yayımlanması üçün çalışırıq. Lakin bunun üçün çoxlu vəsait lazımdır. O vaxt maliyyə çətinlikləri bu işi yubatsa da, biz bu arzumuzu həyata keçirə bildik. Çünki, televiziya da məktəb qədər vacibdir.

Ümummilli liderimiz Heydər Əliyev televiziyanın inkişafına xüsusi önəm verərək deyirdi: «Televiziya bütün informasiya vasitələrindən ən kütləvisidir. İndi heç kəs öz həyatını televiziyasız təsəvvür edə bilməz». Ulu öndərin ideyalarına yüksək sədaqət göstərən Naxçıvan teleradiosu insanları Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqətli olmağa, ölkəmizin inkişafı üçün çalışmağa səsləyir, milli dəyərlərimizi, adət - ənənələrimizi təbliğ edir».
XS
SM
MD
LG