Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:36

Eurovision qalibi Loreen: "Rəqsimin mənası "Azadlıq" demək idi"


«Eurovision 2012»-nin təmsilçiləri final təəssuratlarını AzadlıqRadiosu ilə bölüşürlər
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

«Eurovision 2012»-nin təmsilçiləri final təəssuratlarını AzadlıqRadiosu ilə bölüşürlər

Eurovision 2012-nin qalibi "Euphoria" mahnısı ilə İsveçli Loreen oldu. Rusiya nənələri 2-ci yeri qazandılar. Azərbaycan yarışmanı 4-cü yerdə başa vurdu. Finalın gedişi və qalibin mətbuat konfrasnından qısa xülasə ilə yazıda tanış ol

ƏNƏNƏVİ MƏTBUAT KONFRANSINDA QEYRİ-ADİ HADİSƏ

Final başa çatandan sonra Eurovision Mətbuat mərkəzində İsveç nümayəndə heyətinin mətbuat-konfrasnı keçirildi. Mətbuat-konfrsnında Avropa Yayımçılar Birliyinin nümayəndəsi Jan Ole Sand çıxış edərək Loreen`i Jenevrəyə dəvət etdi. Ona sənəd qovluğu təqdim etdi və bildirdi ki, Avropa Yayımçılar Birlinyində keçiriləcək bu görüşdə növbəti müsabiqənin təşkil olunması ilə bağlı məsələ müzakirə olunacaq.


Loreen qələbən sonra


Loreen qələbədən sonra

J.O.Sand xatırlatdı ki, yarışın qaydalarına görə növbəti final, qalib müğənninin təmsil olunduğu ölkədə keçirilməlidir.

Bu ərəfədə, İsveç mediası ölkənin Eurovisiona sahiblik etməkdə problemi olduğunu yazırdı. Çünki 2013-cü ilin mayında, Eurovision finalının adətən keçirildiyi dövrdə, Stockholmda xokkey üzrə dünya çempionatı da olacaq. Bu isə Eurovision standartlarına uyğun olan bütün arenaların tutulması deməkdir.

İsveç nümayəndə heyətnin rəhbəri Sanda cavab verdi ki, hazırda Loreen`in qələbəsini bütün İsveç qeyd edir və inamını bildirdi ki, İsveç şəhərlərinin birində növbəti Eurovision yarışması keçiriləcək.

Mətbuat konfrasnına gəlincə, Loreen "qələbə ilə birlikdə Azərbaycandan özünlə nə aparırsan?" sualına bir qədər düşünüb cavab verdi:

- Burada görüşdüyüm müxtəlif insanlar haqqında xatirələrimi.

Suallardan birini isə Avstriyalı jurnalist özünün Tvvitter oxucusunun adından verdi:

- Səhnədəki rəqsinin mənası nə idi?

Loren cavab verdi:

- "Azadlıq". Mənim rəqsimin mənası bu idi. Özün olmağa çalış, qaydalar, məhdudiyyətlət səni sıxmasın, o zaman azad olacaqsan.

(DİQQƏT EUROVİSİON FİNALI HAQQDA ƏTRAFLI MULTİMEDİA MATERİALLARIMIZ SAYTA HAZIRLANIR. BİZİ İZLƏMƏYİ UNUTMA. SƏNİN DƏ MARAQLI FOTOLARIN VƏ VİDEOLARIN VARSA BİZİM SİMSİZ TELEQRAF RUBRİKASINA YÜKLƏ)


(Aşağıda finaldan sonra, səsvermənin nəticələri elan olunarkən dəqiqəbədəqiə yenilədiyimiz xəbərlərlə tanış ol)

BÜTÜN 42 ÖLKƏ ÜZRƏ SƏSVERMƏNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU

"Sizi çox sevirəm! Sağ olun ki, mənə inanırdız. Sizsiz mən bunu bacarmazdım, həqiqətən" deyə Loreen qalib kimi "Euphoria" mahnısını yenidən ifa etməzdən

Eurovision 2012-nin qalibi Loreen



Loreen qələbədən sonra "Euphoria"nı bir daha ifa edir
əvvəl azarkeşlərinə müraciət etdi.

İsveç 372
Rusiya 259
Serbiya
Azərbaycan

(Diqqət! Ölkələr üzrə toplanan xalların sayı tezliklə saytımızda yerləşdiriləcək)

RUSİYA VƏ SERBİYA 2-3-CÜ YERLƏR ARASINDA "MÜBARİZƏDƏ"

İsveçin qələbəsi heç kimdə şübhə doğurmasa da, Serbiya ilə "Buranovskie Babuşkilərin" mövqeləri yaxındır. Hələlik 2-ci yerdə Serbiyadır. Azərbaycan 4-cüyerə çıxdı.

İSVEÇƏ DAHA 4 ÖLKƏ 12 XAL VERİRLƏR

Norveç, Danimarka, Estoniya və Latvia də İsveçə 12 xal verdilər. Litva isə Azərbaycan 12 xal verdi. Loreen Eurovision 2012-nin qalibidir demək olar? Olar! Eurovision 2012-nin qalibi İsveçdir. Stockholm estafeti Bakıdan götürür.

İSVEÇ LİDERLİYİ ARTIRIR

İsveç müğənnisi daha 2 dəfə 12 xal qazanaraq 212 xalla irəlidədir. Skandinaviya ölkələrinin səsvermə nəticələri hələ elan olunmadığından Loreen`in qələbəsi artıq fakta çevrilmək üzrədir


LOREEN "XOŞBƏXTƏM"

Ölkələrin yarısından olan səsvermə nəticələri elan olunub. İsveç (Loreen) liderliyi ələ keçirib. Serbiya və Rusiya sonrakı yerlərdə gəlirlər. Azərbaycan 4-cüdür.

Aparıcı ilə Loreen`ə arasında belə dialoq oldu:

- Lidersən, nə hiss edirsən?

- Xoşbəxtəm.

- Bəs həqiqətən qələbəni qazansan ne edəcəksən?

- Ağlayacam.

-
26 ölkə təmsilçisinin hamısı çıxışını başa vurdu.

***
Səsvermə bitdi.

EUROVİSİON HAQDA DAHA ƏTRAFLI XƏBƏRLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN


MÜĞƏNNİLƏR SƏHNƏYƏ BU ARDICILLIQLA ÇIXIBLAR:

1. Böyük Britaniya Engelbert Humperdinck «Love Will Set You Free»
2. Macarıstan «Compact Disco»qrupu «Sound Of Our Herarts»
3. Albaniya Rona Nishliu «Suus»
4. Litva Donny Montel «Love is Blin»
5. Bosniya və Hersoqovina Maya Sar «Korake Ti Znam»
6. Rusiya «Buranovskiye babuşki» «Party for everbody»
7. İslandiya Greta Salome & Jonsi dueti «Mundu Eftir Mer»
8. Kipr İvi Adamou «La La Love»
9. Fransa Anggun «Echo» ( You and I)
10. İtaliya Nina Zilli «Per Sempre»
11. Estoniya Ott Leplan «Kuula»
12. Norveç Tooji «Stay»
13. Azərbaycan Səbinə Babayeva «When the music dies»
14. Rumıniya «Mandinga» «Zaleilah»
15. Danimarka Soluna Samay «Sholuld ve Known Better»
16. Yunanıstan Eleftheria Eleftheriou «Aphrodisiac»
17. İsveç Loreen «Euphoria»
18. Türkiyə Can Bonomo «Love me back»
19. İspaniya Pastora Soler «Quedate Conmingo»
20. Almaniya «Roman Lob» Standing Still»
21. Malta Kurt Kalleja «This is night»
22. Makedoniya Kaliop «Crno E Belo»
23. İrlandiya «Jedwerd» «Waterline»
24. Serbiya Željko Joksimović «Nije ljubav stvar»
25. Ukrayna Gaitana «Be me Guest»
26. Moldova Pasha Parfeny «Lautar»
XS
SM
MD
LG