Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:48

BMT TŞ Suriyadakı hücuma görə ittiham edir


BMT Təhlükəsizlik Şurası Suriyada artilleriya və tanklarda açılan atəş zamanı onlarla qadın, kişi və uşağın öldürülməsi ilə bağlı öz bəyanat yayıb.

BMT deyir ki, mayın 25-də Homs yaxınlığında azı 108 adam ölüb, 300 adam yaralanıb. Qurbanların 30-dan çoxu uşaqdır.

Təhlükəsizlik Şurası mayın 27-də fövqəladə toplantısından sonra bəyanat yayıb.

Təhlükəsizlik Şurası üzvləri Houlda baş verən mülki əhaliyə qarşı zorakılığa, hücuma görə də ittiham edir. Amma hücumlara görə kimin məsuliyyət daşıdığı açıqlanmayıb.

Bəyanatda Bashir al-Assadin agır texnikasını Suriya şəhərlərindən çıxarmalı olduğu vurğulanır.

Eyni zamanda Suriya müxalifəti bildirib ki, mayın 27-də ordu Hamanın mərkəzini gülləyə tutub, azı 30 adam ölüb. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Suriyanın BMT-dəki səfiri Bashar Jaafari isə bildirib ki, mayın 25-də baş verən qanlı hadisədə hökumətin məsuliyyəti yoxdur. O, hadisədə terrorçuları günahlandırıb.

Aprel ayında rəsmi Dəməşq BMT-nin xüsusi elçisi Kofi Annanın sülh planı ilə razılaşıb. Plana görə, atəşkəs elan olunmalı və ordu şəhərlərdən çıxarılmalıdır. Bəzi Qərb dövlətləri buna əməl olunmadığını hesab edir.

Mayın 29-da Kofi Annanın Dəməşqə səfəri gözlənir.
XS
SM
MD
LG