Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:08

Azərbaycan London olimpiadasına 53 lisenziya qazanıb


London Yay Olimpiya Oyunları iyulun 27-dən avqustun 12-ə qədər keçiriləcək
London Yay Olimpiya Oyunları iyulun 27-dən avqustun 12-ə qədər keçiriləcək
Azərbaycan idmançıları 2012-ci il London Yay Olimpiya Oyunlarına 53 lisenziya qazanıb. Lisenziya qazanılan idman növləri arasında cüdo, ağırlıqqaldırma, yunan-Roma güləşi, sərbəst güləş, yüngül atletika, boks, taekvando, qılıncoynatma, avarçəkmə və başqa idman növləri var.

Yay Olimpiya Oyunlarına ən son lisenziya isə iyulun 8-ə qədər qazanıla bilər.

Həmin lisenziya yarışları yüngül atletika üzrə olacaq.

İdman şərhçiləri Azərbaycan idmançılarının hələ bir neçə lisenziya qazanacağını gözləyirlər.

İdman şərhçisi Sərxan Musayev deyir ki, həmişə olduğu kimi, Azərbaycan idmançılarının güləşdən, boksdan, cüdodan, ağır atletikadan, avarçəkmədən medal qazanacağını gözləyirlər.

BOKSÇU QIZIL SÖZ VERİR

İndiyə qədər Azərbaycan boksçuları Olimpiya Oyunlarından medal qazansalar da, heç vaxt qızıl medal qazana bilməyiblər. London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış boksçu Məhəmmədrəsul Məcidov inamla deyir ki, bu il bu işin öhdəsindən
Foto: Arxiv
Foto: Arxiv
gələcək:

«Olimpiya Oyunlarına çox ciddi hazırlaşıram. Ancaq 1-ci yer üçün gedirəm. Ancaq medal üçün gedirəm. İnşallah, bu il qızıl olacaq».

Məhəmmədrəsul Məcidov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı 2011-ci ilin oktyabrında Bakıda dünya çempionu olmaqla qazanıb. O, 91 kq çəki dərəcəsində mübarizə aparacaq.

İdman şərhçisi Sərxan Musayev də deyir ki, əsas məsələ qızıl medalın qazanılmasıdır:

GÜLƏŞÇİLƏRİMİZ İDDİALIDIR

«Mən 10 medal gözləyirəm. Ancaq əsas medalların sayı deyil, əyarıdır. 10 bürünc medal qazana bilərsən, ancaq 2 qızıl qazansan, o, daha çox sayılır. Reytinqinə görə ölkə daha ön sırada olur. Əsas qazanılan qızıl medalların sayıdır.
Foto: Arxiv
Foto: Arxiv
Mənə elə gəlir ki, Azərbaycan 2 ya da 3 qızıl medal qazana bilər. Medallar daha çox güləşdən gözlənilir. Hətta 2 qızıl gözlənilə bilər. Çünki budəfəki güləşçilərimiz daha iddialıdır. Boksdan, yeni sahələrdən, məsələn, avarçəkmədən də qızıl, ən azı bürünc medal qazanıla bilər».

10-DAN ÇOX MEDAL İMKANI

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin mütəxəssislərinin təhlilinə əsasən, Azərbaycan idmançıları Olimpiya Oyunlarından 10-dan çox medal qazana biləcək. Gənclər və İdman naziri Azad Rəhimov buna real imkanların olduğunu bildirib.

London Yay Olimpiya Oyunları iyulun 27-dən avqustun 12-ə qədər keçiriləcək.

2008-ci ildə Pekində keçirilən son Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazanmışdı. Onlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc medal idi. 200-dən çox ölkənin içərisində isə Azərbaycan 38-ci olmuşdu.
XS
SM
MD
LG