Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:03

«İctimai Palata vahid namizədlə seçkiyə getmək öhdəliyinə malik deyil»


Arxiv foto: İctimai Palatanın aksiyası, 8 aprel 2012
Arxiv foto: İctimai Palatanın aksiyası, 8 aprel 2012
Bunu Azadlıq Radiosunun «İşdən sonra» proqramında politoloq Ərəstun Oruclu müxalifətin vahid namizəd məsələsi ətrafında gedən müzakirələrə münasibət bildirərkən deyib. Ə. Oruclu deyir ki, İP-in heç bir sənədində vahid namizədlə seçkiyə getmək anlayışı yoxdur.

«İP 2010-cu il parlament seçkilərində seçki hüququ pozulmuş namizədlərin fərdi iştirakçılıq əsasında təsis etdiyi bir qurumdur. Onun tələbi qeyri-qanuni seçilmiş Milli Məclisin buraxılmasıdır. İP siyasi partiyalar bloku və ya prezident seçkiləri üçün bu və ya digər platforma hazırlamır».

Ə. Oruclu deyir ki, iqtidaryönümlü mətbuat və iqtidarla əlaqəli qruplaşmalar tərəfindən müzakirənin «İP-in seçkiyə namizədi kim olacaq?», «Əli Kərimli, yoxsa İsa Qəmbər» kontekstində açılması provokativ xarakter daşıyır.

«KƏNAR BIR NAMiZƏDiN TAPILMASINA EHTİYAC VAR»

Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Politoloq Azər Rəşidoğlu deyir ki, müxalifət liderləri olan İsa Qəmbər və Əli Kərimlinin eyni gücə malik olması bu iki şəxsdən birinin vahid namizəd olma şansını azaldır.

«Kənar bir namizədin tapılmasına ehtiyac var. Müsbət, tanınan, birləşdirici bir fiqur kimi çıxış edə bilən, xüsusilə qisasçılıq etməyəcəyi ilə bağlı hakimiyyət daxilində rahatlıq yaradan, hakimiyyəti parçalamağa qadir bir namizədin İP və müxalifətə yaxın qruplar tərəfindən irəli sürülməsi müxalifətin şanslarını xeyli dərəcədə artıra bilər».

A. Rəşidoğlu deyir ki, vahid namizədin müəyyən olunmasının vaxtı çatıb. Onun fikrincə bu kortəbii proseslərin qarşısını alar və gələcəkdə fors-major vəziyyət yarandığı təqdirdə kiminlə danışıq aparılması bəlli olar.

Politoloq Elxan Şahinoğlu deyir ki, bu mövzunu media nümayəndələri ortaya atmayıblar, müzakirələr İP-in daxilindən başlayıb. E. Şahinoğlu vahid namizədin necə müəyyən olunması ilə bağlı təkliflərini də deyir.

«PRAYMERİZİN MÜXALİFƏTƏ FAYDASI OLA BİLƏR»

«Birinci variant odur ki, partiya liderləri öz aralarında razılığa gəlməlidirlər. Əgər bu alınmırsa praymeriz –ilkin seçkilər keçirilməlidir. Bu seçkilər keçirilərsə qapılar hamı üçün açıq olmalıdır. Bura Ziyalılar Forumu, REAL hərəkatı və digər tanınmış şəxslər qoşula bilər. Yalnız İP üçün keçirilməyə bilər, başqaları da qatıla bilər».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
E. Şahinoğlu deyir ki, praymerizin müxalif təbəqə üçün bir sıra faydaları ola bilər.

«Praymeriz keçirilərsə prezident seçkisindən aylar öncə vətəndaşların fəallaşmasına, yerli və xarici auditoriyanın fikrinin müxalifət liderləri ətrafında cəmlənməsinə imkan yaranır. İP bununla vahid komandanın formalaşmasına təkan verir, enerji və insanlar qruplara bölünmür. Həmçinin bununla İP prezident seçkiləri başlamadan özünün güclü və zəif tərəflərini müəyyənləşdirə bilir».

Ə.Oruclu E.Şahinoğlunun dedikləri ilə razılaşmır və deyir ki, praymeriz keçirilərsə bu yalnız İP-in daxilində mümkün ola bilər.

«İP-in üzvü olmayan şəxsi gətirib namizəd kimi irəli sürmək o halda mümkündür ki, bir anlaşma olsun və həmin şəxs, hansısa qrupun təmsilçisi olaraq yox, şəxs olaraq dəvət olunsun. O, namizəd kimi təsdiq olunacağı halda, artıq İP-in təmsilçisi və ya namizədi olur” »

Verilişi tam olaraq buradan dinlə:

XS
SM
MD
LG