Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

Prezident yanında vətəndaşlara xidmət üzrə agentlik yaradılır


-
Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sənəddə deyilir ki, bu agentlik dövlət orqanlarında xidmətin keyfiyyətinin artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədilə yaradılır.

Fərmana əsasən, bunun üçün «ASAN xidmət» mərkəzləri yaradılacaq. Həmin mərkəzlərdə xidmətlər operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq vətəndaşlar üçün fasiləsiz həyata keçiriləcək. Vətəndaşların telefon və ya İnternet vasitəsilə müraciətləri əsasında xidmətlərin həyata keçirilməsi təmin ediləcək.

Fərmanda qeyd olunur ki, yaradılacaq dövlət orqanlarının əməkdaşları üçün etik kursları təşkil olunacaq. Vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlər həyata keçiriləcək.
XS
SM
MD
LG