Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:23

Cazmen etiraz olaraq Rusiyaya getməkdən imtina etdi


Tanınmış fin cazmen Iiro Rantala qadınlardan ibarət punk qrup “Pussy Riot”un üç üzvünün həbsi və təqibinə etiraz olaraq Rusiyada konsertlərini ləğv edib.

Iiro Rantalanın konserti dekabr ayında Moskvada planlaşdırılmışdı. Musiqiçi öz Twitter səhifəsində yazıb ki, “Söz azadlığı orta əsrlərdəki səviyyədə olan ölkədə səhnəyə çıxmaq istəmir”.

Bir neçə Qərb musiqiçi və rok qrupları, o cümlədən britaniyalı Sting bundan əvvəl “Pussy Riot”la həmrəy olduqlarını ifadə ediblər.

“Pussy Riot”un həbs edilən üç qadın üzvü Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirib.

Əgər məhkəmə təqsirli bilsə, Nadejda Tolokonnikova, Yekaterina Samutseviç və Mariya Alexinanı 7 ilə qədər həbs gözləyir.
XS
SM
MD
LG