Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:08

Furqan Sadıq. Yol...


-

Yol...

Yolların yol yoldaşıyam,
yollar da yol yorğunudur.
Dünyanın kürəyində
şallaq izidi yollar, elə bil...
Yollar tor kimi bağlayıb dünyanı,
əl-qol açmasın deyə...
Yollar tutub-saxlayıb dünyanı
bir yana qaçmasın deyə...
Görəsən,
bu yoldan
kim keçib birinci?
Kiminsə kədəri,
kiminsə sevinci
yolların üzünə hopub,
bu yoldan keçənlərin izinə hopub.
Məni hara aparır
bu yol,görəsən,
zirvəyəmi, dərəyəmi?
Gedirəm asta-asta.
Məndən qabaqda da,
məndən arxada da adam var,
yollara
ləpirtək düzülüb adamlar.
Dünya yollara bürünüb:
o başı yol,bu başı yol.
Kimsə astadan deyər:
-Eh,mən gedə bilmədim,
sənə yaxşı yol.
XS
SM
MD
LG