Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Əkrəm Əylisli "Ətirşah masan" (davamı - 3)


-

əvvəli


VI. ADİL MÜƏLLİM

O vaxtdan etibarən Sürəyya da, atəşin bir həvəslə şer yazmağa başladı və onun kitab oxumaq həvəsi də elə o dövrdə birdən-birə peyda oldu: ya hər gün, ya bir gün ara Sülü dərsdən sonra özünü kitabxanaya verirdi, götürdüyü kitab bərk xoşuna gələndə onu Sülü bir gecədə oxuyub qurtarırdı. Və nəvəsinin bu yeni aludəçiliyinə Masan heç vaxt mane olmurdu: fikirləşirdi ki, belə xatalı uşağın öz azar-bezarını elə evdə söndürməyi yaxşıdır - yoxsa gedib çöldə-bayırda daha pis əmələ qurşana bilər.

Öz şerlərini Sülü məktəbdə müəllimlərə göstərirdi. (Kəndin ədəbiyyat müəllimləri Sülünün şerlərini çox bəyənirdilər). Məktəbin təntənəli tədbirlərində, öz şerini oxumaq üçün, son vaxtlar Sülüyə də həmişə söz verirdilər. Öz şerlərini Sülü "paçka-paçka", Bakıya - redaksiyalara göndərirdi. Ancaq kənddə otura-otura, Bakının qəzet-jurnal bolluğunda artıq özünə yer eləməkdə olan Həbiblə yarışmaq çox çətin idi. Xüsusilə də Həbibin iri bir poeması HƏBİB HƏSRƏT imzası ilə ayrıca kitab halında nəşr olunandan sonra (onda Sürəyya 9-cu sinifdə oxuyurdu) Sülünün hirsi-hikkəsi yerə-göyə sığmırdı. Ancaq o poemanın söhbətini salmaqda mənim məqsədim təkcə Sülünün necə bir şöhrətpərəst məxluq olduğunu bir daha yada salmaqdan ibarət deyil. Burada, bizim bu gerçək nağılımızda bundan sonra baş verəcək əhvalatlara az da olsa işıq sala biləcək
başqa bir ciddi məqam da var. Bu məqam ondan ibarətdir ki, Həbib Həsrətin indicə adını çəkdiyimiz poemasının baş qəhrəmanı bizim kənddə, elə o vaxtlar da əfsanəyə çevrilməkdə olan ADİL MUƏLLİM idi. Və mən o Adil müəllimin acı taleyinin üstündən sükutla keçsəm, qorxuram ki, bunu heç vaxt özümə bağışlamayam.

Adil müəllim - üzügülər, istiqanlı cavan oğlan idi. Onu heç vaxt heç yerdə fikirli, qaşqabaqlı görməzdin. Qara kostyumda, ağappaq ütülü köynəkdə və açıq bənövşəyi rəngli qalstukda - Adil müəllim məktəbə elə bil konsertə, teatra gələrdi və dediyi riyaziyyat dərsini də, az qala nəğmə dərsi kimi, elə şən keçirərdi ki, onun sinfə girməyi bütün uşaqlar üçün həmişə toy-bayram olardı... Adil müəllim Bakıda institutu təzəcə bitirib gəlmişdi və hələ, lap təzəlikcə, evlənmişdi.

Bir gün xəbər yayıldı ki, Adil müəllim öz əlaçı şagirdi, hələ 8-ci sinifdə oxuyan Məlahətə bir könüldən min könülə aşiq olub və o Məlahətin özü də Adil müəllimin eşqindən dəli-divanədir. Müəllimin öz şagirdinə, şagirdin öz müəlliminə vurulmağı elə bir fövqəladə hadisə deyildi, bizdə belə şeylər əvvəllər də çox olmuşdu. Bu işin əsas gözlənilməzliyi o oldu ki, Adil müəllimin təzəcə aldığı arvadı Şövkət bu işdən xəbər tutan kimi, üstünə neft töküb, gecəykən özünü yandırdı. Buna görə milisdən-prokurorluqdan - ordan-burdan tökülüşüb gələnlər çox oldu. Onlar, əvvəl, Şövkətin ən yaxın adamlarını - ata-anasını, bacı-qardaşını Kənd Sovetinə çağırtdırıb, hamısı ilə təkbətək söhbət elədilər. Sonra kənddə bəlkə yüzdən çox özgə adamları da dindirib, Adil müəllimi cinayətə cəlb etmək üçün camaatın dilindən söz çəkməyə çalışdılar. Ancaq heç kəs (hətta Şövkətin ata-anası da) bizim kənddə hamı üçün yad olan o adamların Adil müəllimi incitməyinə razı olmadı. Hətta Şövkətin atası ƏYYUB kişi, bilə-bilə, özü öz qızına belə bir şər də atdı: guya elə uşaqlıqda da Şövkətin hərdənbir dəlilik tutması olurmuş və öz qızını ərə verəndə o, bunu guya Adil müəllimə deyibmiş.

O hadisəyə görə Adil müəllimi məktəbdən uzaqlaşdırmaq da heç kəsin fikrində yox idi. Ancaq Adil müəllimin özü o əhvalatdan sonra bir də heç vaxt məktəbə ayaq basmadı. Bundan sonra Adil müəllim heç evdən eşiyə də çıxmadı. Və əgər o Adil müəllim evdən eşiyə çıxsaydı da, yəqin ki, kənddə çox adam onu tanıya bilməzdi. Saçları - ağappaq, qar kimi, üzünün tükü uzanıb, döşünəcən sallanmışdı. O hadisədən sonra Adil müəllimin sifətində özündən heç nə qalmamışdı. Təkcə iri, qapqara gözləri özününküydü.

Bizim bu gerçək nağılın qələmə alındığı məlum 2000 - ci ilin o qəmli son payızında Adil müəllimin yaşı 60-ı keçmiş olardı. Sonralar evlənməmişdi, eləcə -tək-tənha ömür sürürdü. Atası xarrat Məhəmmədin sənətini işə salıb, camaata ( hər kəsə öz materialından) qapı-pəncərə düzəldirdi və kasıb, kimsəsiz adam-lardan o qapı-pəncərənin haqqını da heç vaxt almırdı. Dünyadan əlini üzüb, öz aləminə qapılmış Adil müəllim min ilin qocasına bənzəyirdi. Ancaq qəribə burasındaydı ki, Adil müəllimdə kəndin xəyalpərəst qızlarını, qadınlarını özünə çəkən kişilik cazibəsi hələ qalırdı və o xəyalpərəst qız-gəlinin çoxusu - Adil müəllimin o ağappaq saç-saqqalına bir dəfə sığal çəkmək üçün - bəlkə lap öz şirin canım da qurban verərdi.

... İnsan əfsanəsiz yaşaya bilmir. Adif müəllim kənddə hamı üçün canlı əfsanəydi. Nənəsinin dilindən gündə bir neçə dəfə "Ya Əhriman - Rahimin Adil Al¬lah" sözlərini eşidən Sülüyə isə bir vaxt elə gəlirdi ki, o Adil müəllim elə Allahın şəxsən özüdür. Yəni Allah Adil müəllimin adıdır və yaxud Allahın adı Adir. Sonralar Adil müəllimə həsr edəcəyi şerində Sürəyya öz uşaqlığının bu maraqlı epizodunu belə xatırlayacaqdı:

"Dağlar, düzlər lalədən don geyəndə,
Göy üzündə günün üzü gülərdi.
Masan nənəm " Adil Allah" deyəndə
Gözlərimin önünə sən gələrdin".



İKİNCİ FƏSİL

VII.CİNS ŞALVAR



Sülünün məktəbi bitirdiyi il Həbib də universiteti bitirib, yayın ortalarında kəndə qayıtdı. O günlər Sürəyyanın uçmağa təkcə qanadı çatışmırdı, çünki onun düşündüyünə görə, Həbib Bakıdan qayıtmamalıydı və əgər qayıtmışdısa deməli, Sülüyə görə - onunla evlənmək üçün qayıtmışdı. Və evlənib ər-arvad olandan sonra bu dəfə onlar Bakıya bir yerdə gedəcəkdilər.

O günJərdə SüLü, gecə-gündüz, aynanın qabağından əl çəkmədi, hətta bi cins şalvar da tapıb, əyninə keçirdi ki, özünün şəhər qızlarından əskik otmadığını Həbibə qandıra bilsin. Ancaq Həbib Sülüyə məhəl qoymadı, ondan hə vəch ilə yayınmağa çalışdı. Bibisi Ətirşah Masanla həmişəki kimi mehriban olsa da, Sülüyə qarşı ozünü çox soyuq və laqeyd apardı.

Ətirşah Masan, hələ lap xırda vaxtından, Həbibi çox istəyirdi. Sülünün Həbibə ərə getməyə hazırlaşdığını çoxdan və yaxşı bilsə də, bu işə əl qatmağ ürək eləmirdi, çünki Sülüdən kiməsə arvad olacağına Masan bir o qədər də inanmırdı. Hərdən Sülünün öz yanındaca Masan Həbibə sataşırdı: "Ədə, şair Həsrət, bə sən bu qızı nə vaxt alacaqsan?" - deyirdi. Ancaq bu sözləri Masa Həbibi şirnikləndirmək üçün demirdi. Istəyirdi Həbib öz dililə desin ki, o, Sülünü heç vaxt almayacaq, bunu qız da eşitsin və Həbibdən gözünü çəksin.

Rayonun Maarif şöbəsində Həbibin şair olmağını heç kəs saya salmadı. Bizim kəndin məktəbində üç-dörd ali təhsilli ədəbiyyat müəllimi olduğuna görə Həbibi lap uzaq dağ kəndlərinin birində ibtidai məktəbə müdir təyin elədilər. Məktəbin açılmağına bir həftə qalanda Həbib bibisi ilə şirin-şirin görüşüb-öpüşüb (Sülüyə də ağızucu "sağ ol" deyib) o uzaq dağ kəndinə yola düşdü. Bundan sonra bir müddət Sürəyya evdə-eşikdə quzu kimi dolandı, nənəsinin hər sözü nə, tapşırığına "bəli", "baş üstə" deyirdi.

Düzdür, Masan öz ətirşahlarına heç kəs yaxın qoymurdu: güllərin suyunu da özü tökürdü, gübrəsini-peyinini də özü ve- rirdi. Ancaq çeşmədən su gətirməkdə və Masanın at-eşşək saxlayan evləri qapı-qapı gəzib, xüsusi səylə topladığı seçmə peyini duru çay suyu ilə qarışdırıb həll eləməkdə hərdən Sülünün də nənəsinə az-çox köməyi dəyirdi. Və məsəl burasındadır ki, əwəllər könülsüz, başdansovdu gördüyü bu işləri indi Sürəyyə həvəslə, can-başla görürdü: özünü Masana bəyəndirmək istəyirdi ki, Masan da öz növbəsində, onu Həbibə bəyəndirsin.

Adına Göytəpə deyilən o uzaq dağ kəndindən Həbib məktəblərdə yay təti başlayanda qayıtdı. Ancaq, Sürəyyaya görə, o, heç qayıtmasa yaxşıydı. Çünki o dağ kəndində Həbib evlənmişdi, özü ilə hamilə Süsənbəri də gətirmişdi. Və bundan sonra Həbib daha o kənddə işləməyəcəkdi: ona rayon mərkəzində ay bir iş verəcəkdilər.

Bu dərdə Sülü, bircə Allah bilir ki hansı səbrin, hansı gözəgörünməz gücür qüvvətin sayəsində necə tab gətirə bildi. Və bu əhvalatdan sonra Sülü bir də dəyişdi. Ancaq bu dəyişmək bundan qabaqkı dəyişməkdən deyildi, onun tamamilə əksinəydi. İndi Sülü ev-eşikdə heç bir işə əl vurmurdu, Masanın üzünə dururdu, sözünü eşitmirdi. Sanki qız olmağını da büsbütün unutmuşdu: özünün cir şalvarında, əlləri ciblərində, Sülü kəndin küçə-bacasında, dükan-bazarında lovğa-lovğa gəzişəndə baxan deyərdi ki, bu, elə doğrudan da qız deyil - bir qızmış burnuyelli oğlan uşağıdır ki, təkcə dodağının siqareti çatışmır.

Eləcə lovğa-lovğa gəzə-gəzə Sülü kəndin bu başından vurub o başından çıxırdı və küçələrdə qeybət qıran, çeşmələrdə qab-qacaq, pal-paltar yuyan qızlara, arvadlara (o vaxt hələ təzəcə dəbə düşən) qəribə "kitab sözləri" deyirdi: "rəzil imperiya", "vəhşi erməni", "mənfur 70 il", "milli azadlıq", "xalqın qəzəbi" və sair və ilaxır. Sürəyya o qızları, qadınları "öz hüquqları uğrunda" mübarizə; qalxmağa səsləyirdi. "70 illik imperiya dövründə" onları "əsarət buxovunda" saxlayan kişiləri yerində oturutmaq üçün kəndin bütün qız-qadınlarını "yumruq kimi birləşməyə" çağırırdı. Həbibin adını heç yerdə çəkməsə də, "xalqın həyatında uzaq düşmüş bəzi dönük ziyalılar"dan danışanda ürəyində Sülü, söz yox məhz Həbiblə haqq-hesab çürüdürdü və Ieksik cəhətdən daha doğru olan: "bəzi kişilər biz qadınları heç it yerinə də qoymur" cümləsini Sürəyya, bir qayda olaraq, "bəzi kişilər bizi qotur keçidən də aşağı tutur" şəklində deyirdi və bunu necə deyirdisə, "Həbib-keçi" münasibətləri barədə heç bir məlumatı olmayan bəzi kövrək xasiyyətli qəlbiqırıq qızlar, qadınlar gözlərinin gur yaşını sel kimi axıdıb, sonra, cani-dildən fınxıra-fınxıra, çarğatlarının ucu ilə burunlarının suyunu silirdilər. Və burası da xalis möcüzəydi ki, bu sayaq atəşin nitqlərdən sonra Sülünün qulağına, həmişə, qəribə - uzaq və şirin bir səs dəyirdi: "Səndən , Sülü, buğda qovurğasının iyi gəlir"...

Kənd camaatı Sürəyyadan açıq-aşkar qorxmağa başlamışdı. Hətta Sülünün sözlərindən heç xoşu gəlməyənlər də o sözləri eşitməyə sanki məhkum edilmişdilər: Sülüyə bir kəlmə söz deməyə heç kəsin cürəti çatmırdı və Sülü də, işin bu yerdə olduğunu görüb, əsasən Mirzə Xəzərin "Azadlıq" radiosundan eşitdiyi yeni-yeni vahiməli sözlərlə öz repertuarını günbəgün genişləndirərək, heç bir maneəsiz-filansız, birbaşa irəliyə - sonunu heç kəsin görmədiyi məchul bir məkana doğru gedirdi. Və indi, hətta Kənd Sovetinin qabağında da Sülü: "bizim çörəyimizi yeyib, bizi bəyənməyən nankor ruslar"dan, "dünyanın doqquz iqlim şəraitinin cəmləşdiyi bərəkətli torpağımıza göz dikən bədxah ermənilər"dən ucadan və odlu-alovlu danışmaqdan qətiyyən qorxmurdu. Və məsələnin ən maraqlı tərəfi bu idi ki, bu işi Sürəyyaya heç kəs tapşırmamışdı.

Sülünün həyatının əsas dönüş məqamı elə həmin ilin noyabrında başlandı. O gün rayon mərkəzindəki raykom binasının qabağında Xalq Cəbhəsinin izdihamlı mitinqi gedirdi və o mitinqi Böyük Bəyin ən yaxın silahdaşlarından olan -şair Aslan Ağrıdağ (metrikasında: Ruslan Ağayev) aparırdı. O izdihamı yarıb, tribunaya çatanacan Sürəyyanın bəlkə beş dəfə təri dabanından çıxdı, ancaq orada Sülünü heç, bir dəqiqə də gözlətmədilər. Aslan Ağrıdağ qızı görən kimi: "Buyurun, buyurun, xanım!" - deyib, Sürəyyaya söz verdi.

O gün o izdihamlı mitinqdə Sülünün söylədiyi nitqi bütövlükdə kağıza köçürməyi lazım bilmirəm, çünki o zaman Sülü öz repertuarında hələ ki, heç bir ciddi dəyişiklik eləməmişdi və rayon mərkəzindəki o nitqində də Sürəyyanın dedikləri, mahiyyətcə, MİRZƏ XƏZƏRİN "Azadlıq" radiosundan dediklərinin bir növ imitasiyası idi. Ancaq Sülünün öz nitqinin sonunda bədahətən dediyi bir bənd şeri - istəsəm də, istəməsəm də - oxucunun nəzərinə çatdırmalıyam, çünki məhz o bir bənd şer o günkü mitinqə toplaşanları az qala dəlilik dərəcəsində cxışdurub, bir alovlu-nəşəli ehtizaza gətirmişdi:

"Qoy çağlasın, qoy gurlasın haqqın səsi,
İmperyaya ölüm desin millətimin iradəsi.
Haydı, əngin üfüqlərdə azadlığı görənlərim,
Haydı,mənim igidlərim, haydı, mənim ərənlərim".

Və bu dördcə misra şer raykomun daş binasını, inanın ki, dibindən silkələdi. Yerbəyerdən səslər ucaldı:
-Vətənin qeyrətli qızlarına eşq olsun!
- Heç bilirsiz, kimdi bu qız? Ətirşah Masanın nəvəsidi.
- Yaşasın Ətirşah Masan!
- Yaşasın Əbülfəz Elçibəy! -Yaşasın Aslan Ağrıdağ!
-Satqın erməni dığası Vəziryana ar olsun!
- Ar olsun! Ar olsun! Ar olsun!..

Mitinqin axırında Aslan Ağrıdağ Sürəyyaya yaxınlaşıb, onu təbrik elədi. "Siz çox böyük şairsiniz, hətta məndən də böyüksünüz" - dedi və yoluna düzəlib bir qədər gedəndən sonra bir də geri dönüb, əlavə elədi: "Bakıya gəlin, xanım. “ "Azadlıq" meydanına. Orda bizə lazım olacaqsız".

Sülünün - türmədə yatan atası - Aslandan savayı Bakıda nə bir kimsəsi vardı, nə orada yaşamağa yeri vardı. Və Sülü o Bakıya bəlkə də heç vaxt getməyacəkdi, ancaq həmin ərəfədə Sürəyyanın həyatında yeni bir gözlənüməz hadisə baş verdi: Sülü həyətdə oturub, Cəfər Cabbarlının “Od gəlini”ni bəlkə onuncu dəfə oxuduğu yerdə Həbibgilin həyətindəki radioda öz səsini eşitdi. "AZADLIQ" radiosunda, bu günlərdə rayon mərkəzində keçirilən, o möhtəşəm mitinqin tent yazısını verirdilər. Həmin mitinqdəki çıxışını və o çıxışın axınnda bədahətən dediyi o dörd misra şeri eşidəndə bu dünya Sülünün nəzərində birdən-birə necə dəyişdi, Allah!.. Sanki həyətin ağacları bir az da yaşıllaşdı, işığın işığı art-dı. Hətta bayaqdan hasarın üstündə atılıb-düşən qarğanın həmişəki zəhlətökən qart səsi də Sülünün qulağına bu dəfə bülbül səsi kimi şirin gəldi.

O gecə Sürəyya sevincindən səhərəcən yata bilmədi. Sübh tezdən, hələ hava işıqlanar-işıqlanmaz durub həyətə çıxdı. Və tez də həyətdən qayıdıb, hələ yatmaqda olan nənəsinin basının üstünü kəsdirib, lap ucadan:
- MƏN GEDİRƏM! - dedi.
Ətirşah Masan yuxulu-yuxulu da öz danışıq üslubuna xəyanət eləmədi. Gözlərini açıb:
- Yox a, bəlkə getməyəsən? - dedi. - Qalıb qonağımız olasan?
- Anam Bakıdadı. Dünən adresin tapmışam. Anamın yanına gedirəm.

Sülü yalan deyirdi və Masan da gözəl bilirdi ki, nəvəsi yalan deyir. Və Masan onu da gözəl bilirdi ki, bu qızın beyninə bir şey yerləşdisə, onu heç Əzrayıl da fikrindən döndərə bilməz.
- Hə də, vacibdi, gərək gedəsən. - Masan dedi. - Burda tək-təkinə əziyyətin çox olur. Orda ana-bala əl-ələ verib, yıxarsız bu hökuməti... Kül olsun belə hökumətin başına - iki qəhbənin öhdəsindən gələ bilmir.
- Ağzını təmiz saxla! - Nənəsinin ovqatından gözü su içməyən Sülü bu sözləri olduqca astadan - qorxa-qorxa dedi. Sonra cəsarətini toplayıb, ucadan soruşdu:

- Pensiya pulları hardadı? . *

Hələ altı-yeddi il bundan qabaq kənd sovetinin katibi SALDAT SƏKINƏ öz şəxsi təşəbbüsü və rayon rəhbərliyinin razılığı ilə Ətirşah Masana kolxozçu pensiyası düzəltmişdi. Masanın ətirşahlarından müalicə almağa gələnlərin hesabına - evin bütün azuqəsi kənardan gəldiyinə görə o pulların, demək olar ki, ha-mısını Sülü həmişə özünə, öz əyin-başına xərcləmişdi. O puldan nə qalırdısa, hamısı evin yuxarı başında, qədim sandığın üstünə yığılmış ehtiyat yorğan-döşəyin arasındakı mücrünün içindəydi. O mücrünü Masan orda ona görə gizlətmişdi ki, Sülü artıq dərəcədə bədxərclik eləməsin. İndi qızın, dil-dodağı əsə-əsə, o pulun harda olduğunu soruşmağı Ətirşah Masanın heç xoşuna gəlmədi. Sülünü cinnəndirmək üçün:

- Pulu neynirsən? - dedi. - Həna alıb, Keçi bəyin saqqalına yaxacaqsan?
-Bax e, bir buna bax! Bu da Elçibəyi bəyənmir! - Sülü yanıqlı-yanıqlı söyləndi. - Çox görmüşük sənin kimi imperya nökərlərini. Gəllik hakimiyyətə, onda bilərsən ki, keçi kimdi, adam kimdi. - Və o "KEÇİ" sözündən Sülünün canında soyuq, sazaqlı bir külək əsdi.

Masan cəld hərəkətlə yerindən qalxdı. Yorğan-döşəyin arasından mücrünü çıxarıb, aparıb pəncərənin qabağına qoydu.

- Götür, itaparan olsun! - dedi. Və çarğatını başına salıb, qapıya tərəf gedə-gedə, birdən ayaq saxlayıb, Sülünü bir də cırnatmaq istədi. - Bəlkə bir az da keçi piyi verim aparasan?

-Keçi piyin neynirəm ki? - "Keçi" sözündən Sülünün yenə əti ürpəşdı.

- Verərsən o Mirzə Xəzər dəyyusa, sürtər boğazına - erməniynən müsəlmanı bir az da bərk qızışdırar... Tfu! Tfu!.. - Masan bir dəfə sağ tərəfinə, bir dəfə sol tərəfinə tüpürdü. - Görürəm, o şeytan törəməsi bu milləti erməniyə qırdırmasa əl çəkməyəcək.

Masanın daha da tündləşdiyini görən Sülü nənəsinə cavab qaytarmaqdan ehtiyat elədi... O, yığışıb hazır vəziyyətdə həyətə çıxanda Masan öz ətirşahları-nın sehrli kainatında yenə sidq-ürəkdən münəccimlik eləyirdi. Nənəsini saymadığını nümayişkaranə bir şəkildə göstərə-göstərə Sülü birbaşa darvaza qapısına tərəf addımladı. Hətta qapını açıb küçəyə də çıxdı. Ancaq getmədi. Gedə bilmədi. Və bir azdan Masan gördü ki, Sülü sumkasını qapının dalında qoyub, gözlərinin yaşını axıda-axıda sürətlə ona tərəf gəlir.

Sürəyya nənəsinin boynuna sarılıb, gözlərinin yaşı ilə onun da üz-gözünü islatdı. Sülünün ağladığını ilk dəfə görən Masan da kövrəldi, hətta Sülünün sarışın saçlarına əlinin ucu ilə bir-iki dəfə sığal da çəkdi. Ancaq o qüssəli ayrılıq məqamında da Masan öz danışıq ədasına yenə sadiq qaldı:

- Yaxşı, zırıldama , - dedi, - yeri get, yoldan qalma, Gedən gedəcək. Gedəni saxlamaq olmaz. Ancaq bir yaxşı məsəl də var, Sülü: toyuq gedər, poxun aparar.

IX. AZADLIQ MEYDANI

Bakının Sabunçu vağzalında qatardan düşəndən sonra Sürəyya gedəcəyi yeri çox da axtarası olmadı. Çünki "Azadlıq" meydani bir az aralıda olsa da, ora-dan gələn səs vağzalın yanında da lap yaxşı eşidilirdi.

Günortadan xeyli keçmişdi, ancaq axşama da hələ çox qalırdı.Hava bir azca tutqun idi, bulanıq idi - kənddəki kimi duru və aydın deyildi. Ancaq buranın havası kəndin havasından xeyli yumşaq idi, mülayim idi.

Və o gün, sumkası çiynində, vağzaldan çıxanda, minlərlə yad adamın içində, birdən-birə gözünə sataşan tanış və doğma bir sifəti Sülü heç vaxt unuda bilməyəcəkdi: "Vay, Cabbarlı!.. Cəfər Cabbarlı!"- Cabbarlının vağzal meydanın-dakı heykəlini görəndə öz böyük heyrətini məhz bu sözlərlə ifadə etməyi də Sü-rəyyanın həmişə yadında qalacaqdı.

Sülü o heykəli tez tanımağından nə qədər qürrələndisə, bir o qədər də o heykəlin məhz Cəfər Cabbarlının heykəli olmağına sevindi. Çünki Sülü Cabbarlının kəndin kitabxanasında olan bütün kitablarını oxumuşdu və üstəlik, o kitabların bəzisinə görə Sülü kitabxananın qeydiyyat dəftərində bir yox, bir neçə dəfə qol çəkmişdi.

Və əgər bu şəhərdə gördüyü ilk sima (daşdan, tuncdan olsa da) Sülüdən ötrü bu qədər tanış və doğmaydısa, deməli, bu şəhərin özü də Sülü üçün yad bir yer ola bilməzdi: bu şəhərdən öz payını ummağa Sülünün də haqqı vardı.

Qəlbinin əlçatmaz dərinliyində duyub dərk etdiyi bu hissiyyat Sülünü sevindirdi, ruhlandırdı. Və belə bir qanadlı ovqatla Sülü "Azadlıq" meydanına doğru yürüdü və o meydana çatan kimi Sülünün burnuna haradansa tut qurusunun kəskin iyi dəydi. Sülü dayandı. Ancaq o anda Sülü Bakının "Azadlıq" meydanındakı asfalt döşəmənin üstündə dayanmamışdı - kənddəki evlərinin torpaq damında durmuşdu və bu, Sürəyyanın həyatında ikinci dəfəydi ki, onun bütün bədəni, özündən xəbərsiz, tir-tir titrəyirdi
Sülü nədən qorxmuşdu görəsən?.. Bəlkə insan toplumunun - bu çağacan heç vaxt heç yerdə görmədiyi - miqdarından, miqyasından qorxmuşdu?.. Bəlkə bu ucsuz-bucaqsız insan dəryasından üzüb sahilə çıxmağın çətin olacağını ürəyinin bir yerində Sülü əwəlcədən hiss eləmişdi. Və kim bilir, bəlkə Sülü indicə qədəm qoyduğu bu yeni həyatın da Ətirşah Masanın dama sərdiyi o tut qurusunun tamı tək acılı-şirinli olacağını (instinkt hesabına) duya bilib, bundan qorxu-ya düşmüşdü.

...Sonra Sürəyyanın qulağına bir tanış səs gəldi. Və bu səs də (əvvəlində) uzaqdan - Sülünün gizli dünyasının bağlı qapılarının arxasından gəlirdi. O səsin kimin səsi olduğunu Sürəyya tez tanıdı və o səsi tanıyan kimi də yenidən real dünyaya qayıtdı.
Səs ASLAN AĞRIDAĞIN səsiydi. Ancaq meydanın uğultulu-gurultulu səs çoxluğunda o səsin hardarı gəldiyini ayırd eləmək çətin idi. Sülü ora-bura boy-lanıb, tribunanın harda olduğunu görə bildi. Amma o tribuna Sülünün durduğu yerdən çox uzaqdaydı və qarşıda sal divar kimi dayanmış adamların sıx cərgə-sini yarıb, o tribunaya doğru bir addım da irəliləmək mümkün deyildi.

Və izdihamın aşağı başında Sülü - adamların nisbətən seyrək durduğu "quyruq" tərəfdən özünə yol tapıb, güc-bəla bulvar səmtə - inqilabi hərəkat liderlərinin istirahəti üçün salınmış (sözə bax!) "ÇADIR ŞƏHƏRCİYİ"nin yanma çıxa bildi. Buradan tribunanı da, orada çiyin-çiyinə dayanmış adamları da, pis-yaxşı görmək olurdu. Və Sürəyya orada dayanan adamların bir qisminin kitablarda, qəzetlərdə şəklini görmüşdü, bir qismini televizordan tanıyırdı. Ancaq lap indi-cə - Aslan Ağrıdağdan sonra mikrofona yaxıniaşan törəboy, yumrusifət adamın kimliyini heç cur aşıra bilməyən Sülü, onun kim olduğunu soruşmaq üçün, çev-rilib yan-yörəsinə baxanda - yaxasıaçıq ağ köynəyinin altından sinəsinin qara tükü görünən - ortaboylu, qırmızısifət bir kişinin marıdıb altdan-altdan ona bax-dığını gördü.Və o kişinin sifəti Sürəyyaya o qədər tanış gəldi ki, mikrofon qarşı-sında çıxış edən adamın kimliyini soruşmaq Sülünün yadından çıxdı. Sülü o qırmızısifət kişiyə yaxınlaşmaq istədi, ancaq utanib ayaq saxladı. Və o qırmızısifət kişi də elə bil Sülüdən utanıb, üzünü yana çevirdi və göziərini uzaqdakı tribunaya zilləyib, bir qəribə uşaq sevinci ilə cani-dildən əl çalmağa başladı.

Zilqara bığları qırmızı sifətinə bir o qədər də yaraşmayan o kişi doğrudan da çox qəribe kişiydi: əl çala-çala uşaq kimi sevinməyi bir yana. hələ (aradabir) meymun təki atılıb-düşürdü də. Və "urra" əvəzinə ucadan "ırreh! ırreh!" - deyə-deyə elə bil bir sürü heyvanı qabağına gatıb, örüşdən pəyəyə qovurdu.

O kişiyə Sülü, ürəyində, "IRREH MUƏLLİM" adı qoydu, özünü inandırdı ki, zənni aldadıb onu: qəzetlərdə, kitablarda şəklini gördüyü o adam, yəqin ki, başqa adamdır. Və Sülü durduğu yerdən sürətlə aralanıb, tribunaya tərəf hərəkət eləməyə başladı.
Ancaq Sülü səhv etməmişdi - adını "IRREH" müəllim qoyduğu o adam həqiqətən Sülünün qəzetlərdə, kitablarda şəklini çox gördüyü həmin adam idi: istedadlı yazıçı və alovlu milliyyətçi ATİLLA AZƏRBƏY (metrikada: Abdulla Zərbəliyev). Məsələ, əwəla, burasındaydı ki, o gün o mitinqə Abdulla yaxşıca vurub gəlmişdi. İkincisi: bir miqdar bambılılıq milliyyətçi sənətkarlarımızın elə təbiətində də vardı. Qaldı ki, onun o təhər marıdıb SüIüyə baxmağı - bu məsələnin ayrıca söhbətə ehtiyacı var. Ancaq burası da var ki, bu söhbəti mən (özümdən bir söz də uydurmadan!) lap zərgər dəqiqliyi ilə qələmə alası olsam da, bundan son nəticədə heç bir şey çıxmayacaq: yazdığım, ən yaxşı halda, anekdota, ən normal halda felyetona bənzəyəcək. Məsələn: elə götürək "Irreh müəllimin" şerdən nəsrə keçməsinin səbəbini. İndi mən sizi necə inandırım ki, illər boyu şeryazan istedadlı mıllətçimiz indi şerin daşını ona görə birdəfəlik atmışdı ki, günlərin bir günü o, evindəki arvadının da çani-dildən şer yazmağa qurşandığını görmüşdü. Arvadın şer yazmağı, söz yox ki, elə bir anekdotluq söhbət deyil, ancaq bizim "Irreh müəllimin" arvadı MƏLƏKXANIMIN şerə qurşanmağının səbəbi, məncə, xalis anekdotdur. Çünki əgər Atilla Azərbəy evləndiyi - arvad aldığı gündən ta bu günəcən o arvadı bircə dəfə evdən bayıra çıxarsaydı - onu ya bir kinoya-teatra, ya da, heç olmasa Yazıçılar Birliyinin Natəvan adına klubuna (cəmi bircə dəfə!) hər hansı bir tədbirə aparsaydı, sizi inandırıram ki, şer yazmaq onun biçarə arvadı Mələkxanımın bəlkə heç ağlına da gəlməyəcəkdi. Amma gəlmiş-di: paltar yuya-yuya, kartof soya-soya və istedadlı sənətkarımız üçün (oğlanlı-qızlı) gözəl-göyçək balalar doğa-doğa o bakılı qızı Mələkxanım da, sən demə, illlər uzunu həm də şer yazırmış:" MƏLƏKXANIM CƏFAKEŞ: MƏHBƏS ŞERLƏRİ!"... Və günlərin bir günü Mələkxanım illər boyu gizlincə yazıb, gizli saxladığı o şerləri gətirib, dəftər-dəftər, varaq-varaq ərinin qabağına qalayanda Ab-dullanın heyrətdən gözləri kəlləsinə çıxdı. O şerlərə Abdulla əwəl heç gözünün ucu ilə də baxmaq istəmədi. Sonra rəhmə gəlib, Mələkxanımın bir-iki şerinə (maraq xatirinə) göz gəzdirdi və bu zaman "Irreh müəllimin" gözləri ikinci dəfə və daha mükəmməl bir şəkildə, kəlləsinə çıxdı, çünki (özünün də şair olmağı bir yana dursun) o vaxt Abdulla Zərbəliyev həm də sanballı bir redaksiyada şer şö-bəsinin müdiriydi və Mələkxanımın evdə kartof soya-soya və uşaq böyüdə-bö-yüdə yazdığı şerlər o sanballı redaksiyaya gələn qovluq-qovluq şerlərdən nəin-ki pis deyildi, hətta (inanın ki!) onların hamısından xeyli yaxşıydı. Ancaq bunun belə olduğunu Abdulla arvadına, şübhəsiz ki, demədi. Əksinə: bu evdə çoxdan adət şəklini almış ər-arvad deyişməsinə indi də "Mələkxanım Cəfakeşin" məhz o "Məhbəs şerləri" bais oldu. Və bu deyişmə o dərəcədə biməzmun və biməna alındı ki, buna heç anekdot da demək olmaz - bu deyişmədən birbaşa felyeton iyi gəlir:

-Uf-uf!.. Aman-aman!.. - Milli azadlıq hərəkatının avtoritetli ideoloqu arvadı-nı tənbeh eləməyə, həmişəki kimi, yenə haray-həşirlə başladı. - Sən məni bu-namı qıydın, Yaradan!.. Mən neynirdim tat qızını, qədeş törəməsini, Yazı Ya-zan?.. Bu dünyada kəndmi yoxdu, o kənddə qızmı yoxdu?. (Yeri gəlmişkən de-məliyəm ki, kənd qızıyla evlənməməyinin peşmançılığı, Abdullanın ürəyində, bu evdə Mələkxanımla bir yerdə keçirdiyi dördüncü gecənin düz səhərisi - təxmi-nən saat səkkiz radələrində başlamışdı. Və əvəzində Mələkxanımı aldığı o kənd qızının odu-atəşi, elə o səhərdən etibarən, sənətkarın ürəyinin başını köz kimi yandırıb-yaxmaqdaydı.

Mələkxanım ərinin bu cür nitqlərinə çoxdan öyrəncəli idi. Buna görə də təmkinini əsla pozmadı:

-Sən ki, biz bakılıları bəyənmirsən, - dedi, - onda niyə Bakıda yaşayırsan? Get, öz kəndində yaşa da!.. Tat belə gəldi, it belə getdi... Mən tat olub neynə-mişəm sənə? Şeyirdi də yazmışam. Bəyənmirsən, deynən bəyənmirəm, daha nöş öküz kimi anqırırsan?

-Öküz anqırmaz, a kürd, öküz böyürər! - Bunu milli ruhlu sənətkarımız xüsu-si avazla dedi və sonra daha təmtəraqlı bir səslə sözünə davam elədi: - Bu mə-nə türk ruhunda övladmı böyüdəcək, Yazı Yazan! - Və bu sözləri deyə-deyə sto-lun üstündəki dəftər-varaq qalağını Mələkxanımın qabağına itələdi - Götür.yığış-dır bu zir-zibili. Bir də bilsəm ki, şer yazırsan, mən bu evdən çıxıb gedəcəyəm... Gedəcəyəm, gavur qızı, bir də qayıtmayacağam!

-Get də, niyə getmirsən?.. Get kürdü-tatı tərbiyə elə... türk ruhunda... Həmişə kişilikdən danışırsan, ancaq öz evində bir damcı kişilik eliyəmmirsən. Bəs-di, burda baş-gözüvə döydün. Get də, bəgəm saxlayan var səni?

Məhbəs şerlərinin müəllifi məsələni belə yekunlaşdırdı və o gündən etiba-rən şerin daşını biryolluq ətəyindən tökdü. Və bunu heç deməsəm də məlumdur ki, "Irreh müəllimin " nasirlik fəaliyyətinin binası da elə o tarixi gündən qoyuldu. ARDI
XS
SM
MD
LG