Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Tofiq Abdin. Ömrün bu çağına gəlib çıxdım ki


-

ömrün bu çağına gəlib çıxdım ki
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi bağlamasınlar

allah sevgidənmi yaşatdı məni
yoxsa,bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni

oyanıb dünyanı yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
anamsız dünyanı yıxılı gördüm...
buludundan qorxdum,çayından qorxdum
başımın üstündə fırfır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin sayı azaldı
mənə nə oldusa
döz,dur dedilər
sənin alın yazın bütün olanlar...

bu yazı mənimlə ölsəydi barı
rahat yaşayardı mənsiz qalanlar

2009
XS
SM
MD
LG