Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:30

«Facebook»da «Təbrizə dəstək» kampaniyası...


Facebookda Təbrizə dəstək kampaniyası
Gözlə

No media source currently available

0:00 0:54:52 0:00
Direct-ə keçid

AzadlıqFM 17 Avqust 2012

«Facebook»da təşkil edilən «Təbrizə dəstək» kampaniyasına sosial şəbəkədə 5 mindən çox şəxs qoşulub. İranda, Təbriz ətrafında baş verən faciəni onlar öz faciəsi kimi qəbul etdiklərini deyirlər. Bu faciəni mərhəmət hissi ilə ovutmağa çalışırlar.

Bəs sosial şəbəkələrdə «Təbrizə dəstək» verənlər niyə qınanır?

Virtual aksiyanın fəallarından Nərmin RəhimliCahangir Yusif sualları cavablandırıb.

Sosial şəbəkələrdə zəlzələ qurbanlarına yardım üçün müraciət edənləri dələduzluqda ittiham edən «Mərkəz» qəzetinin redaktoru Qızılgül Abdinova da söhbətə qoşulub.

Cahangir Yusif:

- Zəlzəzə baş verəndən bir gün sonra yardım üçün «Facebook»da belə bir müraciət yaydıq. Ona qədər isə uzun-uzadı müzakirə getdi, biri dedi ki, sosial şəbəkələrdə bir şey etməkdənsə, özümüz ora gedək. Tibb sahəsində çalışanlar var idi, təklif edirdilər ki, gedib tibbi yardım göstərsinlər. Paltar, ərzaq toplanması təklifləri də var idi. İrandan elə xəbərlər gəlirdi ki... Onda yekdilliklə qərara gəldik ki, «Facebook»da «Təbrizə dəstək» qrupu yaradaq, Twitterdə hesab açaq. Dünyanın bir çox yerində Azərbaycan, ingilis dilini bilənlər bunu paylaşıb daha geniş auditoriyaya çatdırdılar.

- Amma «Facebook»da fərqli qruplar gördük.

Nərmin Rəhimli:

- Elədir, bir-birindən xəbərsiz, hər kəs öz çevrəsində müzakirə aparırdı. Ona görə də fərqli qruplar meydana çıxırdı. Sonra qrupların təşəbbüskarları birləşib, fəaliyyətləri koordinasiya etmək üçün «Təbrizə dəstək» qrupunu qurdular. Hər kəs nəsə etmək istəyirdi. Qan vermək, könüllü kimi ora getmək istəyənlər vardı. Heç kim bilmirdi konkret nə etsin. Amma hər kəs bilirdi ki, nəsə etməlidir. Onda qərara gəldik ki, gücümüz çatanı edək. Çünki könüllü kimi ora getmək üçün viza lazımdı. Deyilənə görə, viza almaq isə çətinləşib. Qərara gəlindi ki, maddi yardım toplansın. Bu müraciəti cəmiyyətin inandığı şəxslərin «Facebook»dakı profillərindən yayması isə aksiyaya daha çox donorun dəstək verməsinə səbəb oldu.

- «Mərkəz» qəzeti sosial şəbəkələrdə İrandakı zəlzələ qurbanlarına yardım etmək istəyənləri dələduzluqda ittiham edib. Bununla bağlı əlinizdə faktlarmı olub?

Qızılgül Abdinova (telefonla):

- Fırıldaqçı şirkətlər sadə adamları psixoloji manipulyasiyaya məruz qoymaqla işə cəlb edirlər. İndi mən də qulaq asıram, eşitdiklərim mənə bunu xatırladır. Konkret rəqəmlərin göstərildiyini, adamların adı rəsmiləşdirildiyini eşitmədim. Konkret bir donorun adını çəkmədilər. Nə qədər məbləğ yığılıb? Kim çatdıracaq? Necə inanmaq olar ki, adam İran kəşfiyyatının gözündən yayınıb bu vəsaiti o bölgələrə çatdıra biləcək?

- «Təbrizə dəstək» qrupu nə qədər vəsait toplaya bildi?
- Qrup şəffaflığı necə təmin edəcək?
- «Təbrizə dəstək» kampaniyası niyə dayandırdı?


Bu və digər sualların cavabını burdan dinlə.
XS
SM
MD
LG