Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:53

Quba hadisələrinə görə həbs olunanların məhkəməsi başlayıb


Quba qarşudurması - 3 (ən dramatik məqamlar)
Gözlə

No media source currently available

0:00 0:07:26 0:00
Direct-ə keçid
Avqustun 22-də Quba rayon Məhkəməsində Qubada baş verən iğtişaşlara görə təqsirləndirilən 8 nəfərin cinayət içi üzrə hazırlıq iclası keçirilib.

Hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxslərin vəkillərini olmamasına görə, avqustun 28-nə kimi təxirə salınıb.

Helsinki Vətəndaş Assambleyasının Şimal Bölgəsi üzrə əməkdaşı Aftandil Məmmədli deyir ki, təqsirləndirilənlərin bəziləri üçün vəkil tutmaq üçün Bakıya gəlib.

2012-ci ilin martında Qubalıların kütləvi etiraz aksiyası keçirilib. Aksiyaçılar Quba İcra hakiminin istefasını tələb edirdilər.

Baş vermiş hadisəyə görə, Fərhad Abdurəhmanov, Samir Xanmədov, Alxas Dənyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad ZakirovSəxavət Ələsgərov barəsində Cinayət Məcəlləsinin 186.2.1 , 186.2.2 , 233, 315.2 maddələri ilə cinayət işi başlanıb. Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhvetmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla əmlakı qəsdən məhvetmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilirlər.

İttihamlar təsdiqlənsə saxlanılanları üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.
XS
SM
MD
LG