Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Bəsti Əlibəyli. Ünlü türk şairi Əli Ağbaşa


-

Ünlü türk şairi Əli Ağbaşa

“Yahu” demək yaddan cıxıb,
Bu yerlərdə “yar, yar” deyirlər.
Qanlar tökülür,
Canlar yaxılır
vəsli-yar uğrunda.
Yarından bir xal qalır
hər sevənin bağrında.

Keçib əzmdən-dözümdən,
Yar deyib, gedir özündən,
Aşiqin naləsi üzündən
Abidin duası yetişmir.

Dağında qarım qalır,
Bağında barım qalır,
Sağım qalır, solum qalır.
Divanələr mülkündə
Dünya işi,
Tanrı işi,
Bəndə işi,
yarım qalır.

“Yahu” demək yaddan cıxıb,
Bu yerlərdə
“yar, yar” deyirlər.
Bir yerlərə götür məni,
Sevgili Rəbbim-
O yerə ki,
Elcilər
“var” deyirlər.
XS
SM
MD
LG