Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:29

Əlillərin araba, yol və müalicə problemləri [VIDEO]


Nazirliyə toplaşan əlillər korrupsiyadan şikayət edirlər
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Nazirliyə toplaşan əlillər korrupsiyadan şikayət edirlər

-
- Azərbaycanda bərpa mərkəzlərinin heç birində əlillər üçün şərait yoxdur. Adicə ayaqyoluna araba ilə girirsən, ikinci adama yer qalmır ki, orada sənə kömək etsin.

- Bunu nazirliyin hansı əməkdaşı tikib? Əlillər üçün tikilən bərpa mərkəzində əlillərə şərait yaradılmayıb.

BƏRPA MƏRKƏZİNDƏ ƏLİL ÜÇÜN ŞƏRAİT YOXDUR

Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin binasında ölkədəki şəraitdən gileylənən əlillərin özləri deyir. Bildirirlər ki, ölkədə son illər onlar üçün tikilib istifadəyə verilən sanatoriya və bərpa mərkəzlərində hər cür şərait yaradılıb, bircə əlillərin özü üçün şəraitdən başqa.

I qrup Qarabağ əlili Əliağa Rzayev:

- Şağanda neçə milyona bərpa mərkəzi tikilib. Bir dənə stasionar yatağı yoxdur. Bizlər üçün heç bir şərait yoxdur. Nə tualeti, nə hamamı. Ya da respublikada tikilən digər bərpa mərkəzləri və sanatoriyalarda heç bir şərait yoxdur. Bunu gəzən adamlar üçün tikirlər.

«NAZİRLİYİMİZDƏ BİZƏ ŞƏRAİT YOXDUR»

Elə bu vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə toplaşan digər əlillər də söhbətə qoşuldular. Onlar hətta əlillərin müdafiəsinə məsul olan bu nazirlikdə belə əlillərin nəzərə alınmadığını bildirdilər:

- Elə bura baxın da. Hanı burada biz əllilər üçün pilləkən – panduslar? Bura bizim Sosial Müdafiə Nazirliyimizdir, hanı burada bizə yaradılan şərait?

- Niyə bu layihələrin müəllifləri cinayətə cəlb olunmur? Niyə bu qədər vəsait xərcləndiyi halda bizi nəzərə almırlar? Niyə bu ölkədə əlillər üçün şərait yaradılmır. Niyə bu hökumət öz əlillərindən utanır?

İlham Məmmədov
İlham Məmmədov
Əlillər onu da bildirdilər ki, onlara 4 ildən bir verilən əlil arabaları olduqca keyfiyyətsizdir. Çin istehsalı olan bu arabalar bir neçə aydan sonra istifadəsiz hala düşür:

- Bu arabanı 6 aydır istifadə edirəm. Budur, böyürləri, tutacağı qırılıb. Əyləci işləmir. Bunlar nazirliyin xətti ilə alınıb. Dünyanın ən keyfiyyətsiz arabalarıdır.

«MÜALİCƏ OLUNMASAM...»

İlham Məmmədov Qarabağ müharibəsi əlilidir. Oturduğu əlil arabasında yırğalanaraq bədəninin müxtəlif hissələrində gəzdirdiyi 30 qəlpədən danışır. Deyir ki, hər il xüsusi müalicə kursundan keçməsə, ilboyu səhhətində problemlər olur:

- Onurğamın 3 fəqərəsi üstü qəlpə yarası aldığına görə təmizlənib. Bütün bədənim ağrıyır, bütün sümüklərim sızıldayır. Bədənimdəki ağrılar mənim ailə üzvlərimə də təsir edir. Çünki sidiyə çıxmaqda problemlər olur. Yəni, mən bir il müalicə olunmasam, bütün bədənimdə ağrılar olur. Amma müalicə olunsam, özümü yaxşı hiss edirəm.

Eks-prezident Heydər Əliyevin sərəncamına əsasən, ölkə daxilində müalicəsi mümkün olmayan əlillərin xaricdə müalicəsi hər il dövlət hesabına təmin olunmalıdır. Əslində sentyabrın 3-də Müdafiə Nazirliyinə toplaşan əlillərin əsas şikayəti onların bu il xaricdə müalicəsinin təmin olunmaması ilə bağlı idi.
Saday Abdullayev
Saday Abdullayev
Onların bildirdiklərinə görə, 2002-ci ildən bəri hər il 45 gün müddətinə Krımda əlillər üçün sanatoriyada müalicə olunurdular. Lakin 4 il əvvəl bu müalicə müddəti 45 gündən 28 günə endirilib, əlillərin Krıma birbaşa reyslə uçuşu da məhdudlaşdırılıb.

«200 NƏFƏRDƏN 80-100 NƏFƏRİ GÖNDƏRƏ BİLİRİK»

Nazirliyin Əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev əlillərin şikayətlərini qəbul etmir. O deyir ki, son illər ölkədə əlillərin sosial müdafiəsi istiqamətində ciddi dövlət tədbirləri həyata keçirilir. O ki qaldı əlillərin müalicəsinə, Saday Abdullayev bildirdi ki, əvvəllər hər il 30-40 nəfər əlil xaricdə müalicəyə göndərilirdisə, artıq son illər bu rəqəm 80-100 nəfərə çatıb:

- Bizə bu il 200 nəfərin rəyi gəlib. Biz isə həmin 200 nəfərdən 80-100 nəfəri göndərə bilirik. Deməli, gedə bilməyənlər narazı qalacaq. Bir nəfərin xaricə müalicəyə göndərilməsi isə təxminən 2 min manata başa gəlir.

Saday Abdullayev əlavə etdi ki, xaricə göndərilə bilməyən əlillərin ölkə daxilində müalicəsi üçün rəhbərliyə məruzə edəcək.
XS
SM
MD
LG