Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:02

V. Talıbov «Qayıdış» kitabında 90-cı illəri necə şərh edir?


Vasif Talıbov
Vasif Talıbov
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 21 iyul 2012. sayı: 136 (20.541)



MUXTAR RESPUBLİKAMIZDA TAXIL BİÇİNİ DAVAM EDİR

...Sonra Ali Məclisin sədri taxıl sahəsinin yaxınlığındakı bostan və tərəvəz əkini sahəsinə baxmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, kənd təsərrüfatı istehsalçılarına dövlət maliyyə dəstəyinin yaradılması nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.

2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı Şərur rayonunda bu sahənin inkişafını daha da sürətləndirmişdir. Bu il rayonda 468 hektar sahədə bostan, 1560 hektar sahədə tərəvəz əkini keçirilmişdir. Baxış keçirilən ərazinin 2 hektarında bostan, 2 hektarında isə tərəvəz əkilmişdir. Yetişdirilən keyfiyyətli məhsullar Şərur rayonunda və Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarılır.

Bildirilmişdir ki, əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.


ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: MƏNİM NAXÇIVANA GƏLİŞİM TALEYİN İŞİ İMİŞ...

...Ulu öndər ölkə rəhbərliyinin həyata keçirdiyi antiazərbaycan siyasəti ilə razılaşmır, öz narahatçılığını və etirazını çəkinmədən, cəsarətlə bildirirdi. Bu səbəbdən də dahi şəxsiyyət daim təqiblərə, hədələrə, siyasi mübarizə metodlarına sığmayan təsir vasitələrinə məruz qalırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov «Qayıdış» kitabında həmin hadisələri belə şərh etmişdir: «Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi dağıtmaq istəyən daxili və xarici düşmənləri ciddi təşvişə salmışdı. O zamankı iqtidar Naxçıvanı iqtisadi və informasiya blokadasında saxlayır, Heydər Əliyevin əleyhinə hər cür yaramaz təbliğatı qızışdırır, yaltaq, ikiüzlü deputatların vasitəsilə onu Azərbaycan parlamentində iştirakdan və ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Qarabağ probleminin həlli ilə bağlı Heydər Əliyevin irəli sürdüyü təkliflər «Qarabağ heç vaxt indiki qədər bizim olmayıb» məddahlığı ilə qarşılanır, hadisələrin düzgün qiymətləndirilməməsi ucbatından siyasi proseslər getdikcə millət, xalq üçün təhlükəli xarakter almağa başlayırdı».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
- Milli mətbuatımız zəngin tarixə və mütərəqqi ənənələrə malikdir
- Babək rayonunda əmək yarmarkası
XS
SM
MD
LG