Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:38

Məşhur İsrail yazıçısının romanı ilk dəfə Azərbaycan dilində!


-

Məşhur İsrail yazıçısı Əli Amirin “Günah Keçisi” adlı romanı Azərbaycan dilində “Alatoran Yayınları” seriyasından nəşr olunub.

1937-ci ildə Bağdadda anadan olan Əli Amir uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köç edib.

O, Mişmar Haemek Kibutzunda tərbiyə alıb. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib.

80-ci illərdə ədəbiyyat dünyasına atılan Əli Amir tezliklə böyük şöhrət qazanır, qələmə aldığı “Göyərçin uçuran”, “Günah Keçisi” və “Jasmin” romanları böyük səs küy doğurur. Oxuculara təqdim olunan bu roman adı çəkilən trilogiyanın ikinci romanı olaraq dünyanın bir çox dillərinə tərcümə edilmiş və ekranlaşdırılmışdır.

Son dərəcə maraqlı avtobioqrafik “Günah Keçisi” romanının qəhrəmanı Nurinin başına gələn hadisələr əslində müəllifin öz həyatının epizodlarıdır. Patriarxal, qatı dindar ailənin yetirməsi olan Nuri kibutzda yeni dünyanın insanlarıyla qarşılaşır, şərq və qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayır.

“Günah Keçisi” eyni zamanda bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Təsadüfi deyil ki, bu roman bir çox mükafatlara layiq görülmüş, məktəb proqramlarına daxil edilmişdir.

Əli Amir geniş ictimai fəaliyyəti olan bir yazıçıdır, öz həyatını İsrail dövlətində yəhudilərlə ərəblərin qarşılıqlı münasibətləri probleminə həsr edib.

O, ölkəyə yeni köç edənlərin təlim və təhsili məsələlərini həll etməklə məşğul olmaqdadır.

Yazıçının sonuncu romanı olan “Jasmin” bütün Yaxın Şərq ölkələrində ən çox satılan kitablar siyahısındadır.

Əli Amir Azərbaycan dilində ilk dəfə nəşr olunur.
XS
SM
MD
LG