Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:13

Amnesty İnternational "Pussy Riot"çuları azad etməyə çağırıb


Amnesty International logo
Amnesty International logo
Amnesty İnternational təşkilatı Pussy Riot pank qrupunun bütün 3 iştiraçısını azad etməyə çağırıb.

Təşkilatın Rusiya şöbəsinin rəhbəri Sergey Nikitin İntervax agentliyinə bildirib ki, iştirakçılardan birinin cəzası icbari işlə əvəz edilsə də bu günkü məhkəmədə ədalət bərpa olunmadı.

Moskva şəhər məhkəməsi qrupunun iştirakçılarından biri Yekatrina Samutseviçə kəsilmiş həbs cəzasını icbari işlə əvəz edib.

Qrupun digər üzvləri Mariya Alyoxina və Nadejda Tolokonnikova barədə həbs cəzası isə qüvvədə qalıb.

Onlar Xilaskar İsa Kilsəsində xüliqanlıq etmə ittihamı ilə 2 il azadlıqdan məhrum ediliblər.

Kassasiya şikayəti də bu qərardan verilmişdi.

Vəkillər onların azad edilməsi yönündə işin davam etdiriləcəyini deyirlər.
XS
SM
MD
LG