Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Daha bir gizli video yayıldı [VIDEO]


Daha bir gizli video yayıldı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Daha bir gizli video yayıldı

-

Həftəsonu Azərbaycan intenet məkanında nöbvəti gizli video yayıldı. Bu videonun da sabiq rektor, hazırda Fransada yaşayan Elşad Abdullayevin çəkdiyi ehtimal olunur. «Gülər Əhmədova» videosunda olduğu kimi, Elşad Abdullayev yenə də 2 nəfərlə söhbət edir. Lakin bu dəfə söhbət Daxili İşlər Nazirliyi haqqında gedir.

Videodan belə nəticə çıxartmaq olar ki, Elşad Abdullayev ilə söhbət edən şəxs Daxili İşlər nazirliyinin 7-ci şöbəsinin əməkdaşıdır. Hər halda, həmin şəxs özünü belə təqdim edir və hər şeydən göründüyü kimi, videoya çəkildiyini bilmir.

13 DƏQİQƏLİK SÖHBƏTDƏ MÜXTƏLİF EPİZODLAR TƏSVİR OLUNUR


Diqqət çəkən məqamlardan biri də, Araz adlı şəxsin Daxili İşlər Nazirliyində rüşvətlə işə düzəlmək istəməsi ilə bağlıdır.

Gizli videodakı söhbətdə nazir də daxil olmaqla, daxili işlər nazirliyinin yüksək rütbəli şəxslərinin adları çəkilir.

Yeni «gizli video» əhavalatında onun məzmunu ilə yanaşı, videonun yayılması tarixi də diqqəti cəlb edir. Belə ki, «Azadlıq» qəzetində yeni videonu anons edən Elşad Abdullayev və özünü onun nümayəndəsi kimi təqdim edən vəkil Adil İsmayılov, sonradan fikirlərini dəyişərək gizli görüntülərin yayılmasının təxirə salınmağını xahiş ediblər.

Buna baxmayaraq, video YouTube portalına çıxarılıb. Onu dərc edən şəxs, mühacir bloqqer Həbib Müntəzir bu addımını izah etməkdən boyun qaçırır. Bilinmir ki, görüntüləri Elşad Əliyevin özündən və ya başqasından əldə edib və onun yayılmasına Elşad Abdullayevin özündən razılıq alıb, ya yox.

Videoda Elşad Abdullayevin 2003-cü ildə oğurlandığını iddia etdiyi qardaşı Mahir Abdullayevin taleyinə aydınlıq gətirmək istəməsindən söhbət gedir. Mahir Abdullayev itkin düşənə qədər Milli Təhlükəsizlik Nazirliyində çalışıb.

Elşad Abdullayev
Elşad Abdullayev
Daxili İşlər Nazirliyinin ünvanına səslənən ittihamlara aydınlıq gətirmək üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma istirahət günü olduğu üçün cəhdimiz alınmadı.

BƏS DİN-in 7-Cİ ŞÖBƏSİNİN FƏALİYYƏT İSTİQAMƏTİ NƏDİR?

Nazirliyin rəsmi saytında bu barədə məlumat yoxdur. Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev AzadlıqRadiosuna bildirib ki, 7-ci şöbə məxfi əməliyyat xidmətidir.

Elşad Abdullayevin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektorudur.

Hazırda Fransada mühacirətdə yaşayır. Bir müddət əvvəl keçmiş deputat Gülər Əhmədovanın rüşvət istəməsi iddia olunan video yaymaqla gündəmə gəlib. Həmin videoya görə Bakı şəhər prokurorluğunda cinayət işi açılıb, Gülər Əhmədova isə deputatlıqdan istefa verib.
XS
SM
MD
LG