Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:01

Eldar Sabiroğlu: «Azərbaycan Qəbələ RLS-lə bağlı əməkdaşlığı davam etdirmək niyyətində olub»


«Azərbaycan Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində olub. Amma obyektin icarə haqqı çox az olduğundan bizim şərtimiz oldu ki, bu məbləğ artırılsın».

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında deyib.

Eldar Sabiroğlu onu da deyib ki, Azərbaycan Rusiya ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı davam etdirəcək, o cümlədən də müdafiə nazirləri səviyyəsində. Onun sözlərinə görə, bu yöndə əməkdaşlığın davam etdirilməsində problem olmayacaq.

«Qəbələ RLS-dəki inventarlar Rusiyaya məxsusdur. İnventarlar aparıldıqdan sonra yaxın
vaxtlarda RLS-lə bağlı təhvil-təslim işlərinə başlanacaq».

Müdafiə Nazirliyinin rəsmisi Qəbələ RLS-in bundan sonrakı taleyi ilə bağlı suala da aydınlıq gətirib.

O deyib ki, buna Azərbaycan hökuməti qərar verəcək: «RLS böyük bir ərazini tutur. Qəbələ də artıq kurort zonasına çevrilib. Ola bilər ki, ərazi bu məqsədlə də istifadə olunsun».

Rusiya iki gün öncə 2002-ci ildə icarəyə götürdüyü Qəbələ RLS-in istismarını dayandırmaqla bağlı Azərbaycana nota verib.
XS
SM
MD
LG