Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:52

Daşqınlara görə ziyan çəkənlərə ödənilən kompensasiyanın həcmi açıqlandı


Sabirabad, 8 may 2010
Sabirabad, 8 may 2010
-
Kür daşqınlarından zərərçəkənlərə indiyə qədər 25 milyon manata yaxın kompensasiya ödənilib

Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 7-ci ildönümünə həsr olunan tədbirdə deyib.

O qeyd edib ki, evləri daşqından ziyan çəkən 14 760 ailəyə 18 milyon 517 min manat kompensasiya ödənib. Yerdə qalan vəsait isə əkin sahələri su altında qalan 13 178 ailəyə verilib.

Nazir 2010-cu ilin sentyabrından indiyədək daşqından zərərçəkən 10 rayon və 1 şəhərdə 4 mindən çox fərdi ev tikildiyini bildirib. 106 ev də hazırda tikilməkdədir. /apa/

Bir sıra müstəqil qurumlar daşqın zonasına büdcədən ayrılan pulların şəffaf xərclənmədiyini iddia edirlər. Onlar bunu indiyə qədər tikintini həyata keçirən şirkətlərin adları və bir evin tikintisinə çəkilən xərcin açıqlanmaması ilə əsaslandırırlar.
XS
SM
MD
LG