Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:41

ABŞ Rusiya deputatlarına qarşı sanksiyalar tətbiq edə bilər


Vaşinqton, Ağ ev
Vaşinqton, Ağ ev
Rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edən qanun layihəsinə qarşı imza kampaniyası gedir.
Söhbər Rusiya Dövlət Dumasında bu sənədin qəbulunda əli olanların ABŞ-ın “ Magnitsky siyahısı” na salınmasından gedir.

Məlumatlara görə artıq 35 mindən çox imza toplanıb ki, bu ABŞ hökumətinin məsələyə baxmasına kifayyətdir.
Təkcə təxminən 2 gün ərzində Ağ evin internet saytında yerləşdirilmiş sənədə 25 min imza atılıb.

Dumadakı xarici əlaqələr komitəsinin sədri və hakim “Vahid Rusiya” partiyasının üzvü Vyacheslav Nikonov “İnterfax”a bildirib ki, Rusiya deputatlarına qarşı sanksiya tətbiq edilməsi ilə bağlı istənilən addım Rusiyanın kəskin reaksiyasına səbəb olacaq.

ABŞ-ın bundan əvvəl qəbul etdiyi “Magnitsky aktı”nda hüquqşunas Magnitskynin ölümünə görə cavabdehlik daşıyan Rusiya məmurlarına qarşı viza qadağası nəzərdə tutulur.
Rusiya isə son addımı "Magnitsky aktı" na cavab olaraq atıb.

“Hermitage Capital” fondunun hüquqşunası Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG