Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:43

Abbas Abbasovun namizədliyi Vladimir Putinlə müzakirə olunub


«Söyün Sadıqov Abbas Abbasovun «AzərRos» prezidentliyinə namizədliyini Rusiya prezidenti ilə müzakirə edib».

APA-nın məlumata görə, Söyün Sadıqovun Vladimir Putinlə görüşü yanvarın 8-də baş tutub. Görüş zamanı S. Sadıqov «AzərRos»un prezidenti vəzifəsi üçün Abbas Abbasovun namizədliyi təklifinin olması ilə bağlı Rusiya prezidentini məlumatlandırıb.

«AzərRos» Rusiya prezidenti yanında milli-mədəni muxtariyyətlər üzrə xüsusi şuraya daxil olan təşkilatdır. Həmin şura vaxtaşırı olaraq Rusiya prezidentinin rəhbərliyi altında toplaşır və müzakirələr aparır.

Söyün Sadıqov agentliyin Moskva müxbirinə açıqlamasında yeni siyasi partiya yaratmaqla məşğul olduğunu söyləyib:

«Rusiya Konstitusiyası «AzərRos» tipli təşkilatların rəhbəri olan şəxslərə siyasi fəaliyyətlə məşğul olmağı qadağan edir. Buna görə də siyasi fəaliyyət göstərə bilmək üçün «AzərRos»un prezidenti vəzifəsindən getdiyimi açıqlamışam. İstefa ərizəmi artıq yazmışam. Qurumun rəyasət heyəti istefa ərizəmə baxacaq. Çox güman ki, yanvarın sonuna, uzağı fevralın 10-a qədər «AzərRos» qurultayını keçirəcəyik. Belə təklif var ki, «Azərros»un yeni prezidenti Abbas Abbasov olsun. Bu təklifə də müsbət yanaşılır».

Söyün Sadıqov Abbas Abbasovun eyni zamanda Rusiya Azərbaycan Təşkilatları İttifaqına da sədrlik etməsinin təklif olunduğunu bildirib.
XS
SM
MD
LG