Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:13

«Tolışi Sədo» qəzetinin redaktoru Hilal Məmmədovun məhkəməsi olub


Foto arxiv
Foto arxiv
Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Tolışi Sədo» qəzetinin redaktoru Hilal Məmmədovun məhkəməsi olub.

Hakim məhkəməni qapalı keçirmək istəsə də vəkillər və Hilal Məmmədovun bir saatdan artıq etirazlarından sonra məhkəməni izləməyə gələn jurnalistlər, hüquq müdafiəçiləri və Hilal Məmmədovun ailə üzvləri zala buraxılıblar.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub.

O, dövlətə xəyanət, milli-irqi ayrı-seçkilik və narkotik maddə saxlamaqda təqsirləndirilir.
İttihamlar sübuta yetirilsə, Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyir.

O ittihamları rədd edir.
XS
SM
MD
LG