Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:27

Ermənistan prezidentliyinə müxalifət namizədinə silahlı hücum


Yerevan. 6 noyabr 2012. Paruyr Hayrikyan mətbuat konfransnda
Yerevan. 6 noyabr 2012. Paruyr Hayrikyan mətbuat konfransnda
Güllə yarası alan Ermənistan prezidentliyinə namizədlərdən biri, Paruyr Hayrikyan (Ayrikyan) Yerevanda xəstəxanaya yerləşdirilib. Hadisə yanvarın 31-də axşam baş verib. Rəsmilər araşdırma aparıldığını deyərək, hadisə haqda əlavə məlumat vermirlər.

Qohumlarından biri AzadlıqRadiosu erməni xidmətinə bildirib ki, çiynindən yaralanan Hayrikyana 2 atəş açılıb. Həkimlər onun ağır yara aldığını desələr də, həyatına təhlükə olmadığını bildiriblər.

Hayrikyan fevralın 18-də Ermənistanda keçiriləcək prezident seçkilərindəki 8 namizəddən biridir. Sovet dövrünün məşhur dissidentlərindən sayılan 63 yaşlı Hayrikyan, hazırki prezident Sargysyana rəqib olan 3 əsas müxalif namizədlərdən biridir.

Hayrikyanın seçki qərargahından bildirirlər ki, sui-qəsdin prezident seçkiləri ilə birbaşa əlaqəsi var.

Baş nazir Tigran Sargisyan prezidentliyə namizədə olan hücumu pisləyərək deyib ki, bu ilk növbədə ölkənin mövcud iqtidarına olan bir zərbədir.

Paruyr Hayrikyan - 60-70-ci illərdə antisovet təbliğatına görə dəfələrlə həbs olunub. 80-ci illərin sonunda Ermənistanın SSRİ-dən ayrılması şüarı ilə çıxış edirdi. O, Sumqayıt hadisələrinin günahını Sovet rəhbərliyində görürdü. 1988-də onu vətəndaşlıqdan məhrum edib Həbəşistana sürgün etmişdilər. Tezliklə Ermənistana qayıdan Hayrikyan fəal siyasətlə məşğul olur.
XS
SM
MD
LG