Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:09

“Tələbə Oskarı”nı alan azərbaycanlı yeni filmini vətənində çəkəcək


Foto arxiv
Foto arxiv
Ötən il Amerikanın Kino Akademiyasının “Tələbə Oskarı”nı qazanan Elmar İmanov növbəti filmini Azərbaycanda çəkmək fikrindədir.

ANS-nin məlumatına görə, Almaniyada yaşayan və təhsilini Beynəlxalq Kino Məktəbində davam etdirən Elmar İmanov hazırda tammetrajlı film senarisi üzərində işləyir.

Rejissior ötən il Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mərasimində bürünc mükafata layiq görülən diplom işini də Azərbaycanda lentə alıb.
Onun “Tabut düzəldənin yelləncəyi” filminin əsas rollarında azərbaycanlı aktyorlar çəkilib.

Rejissiorun bu dəfəki filmində qəhrəmanları canlandıracaq aktyorların hansı dildə danışacağı məlum deyil.

Müxtəlif ölkə kinomatoqrofçularından təsirlənən Elmar İmanov Azərbaycan kinosunu da yaxından izləyir.
Onun çox sevdiyi ekran əsəri isə sevimli rejissior Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmidir.
O, bu filmə ən azı 50 dəfə baxıb.
XS
SM
MD
LG