Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:01

«Ay Laçın, can Laçın...» klipinə 40 min dəfə baxıldı - [Video]


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
-
«Araz axar su ilə, dəstə-dəstə gül ilə...»- bu mahnı Youtube şəbəkəsində bir həftə ərzində 42 min dəfədən çox dinlənilib.

Mahnının başqa versiyaları yox, məhz «Birlik üçün oxu»yanların ifası belə xüsusi diqqət görüb.

Hələ digər sosial şəbəklərdəki baxış sayları...

Flashmob-a qonaq olan «Birlik üçün oxu»- layihəsinin rəhbəri Bəxtiyar Hacıyev deyir diqqətin olacağını təxmin edirmiş, amma bu qədərini yox:

«İnsanların reaksiyası pozitivdir, kimisi yazır gözlərim yaşardı, kimisi yazır söz tapmıram ifadə etməyə. Çox müsbət qarşılandı. Təsəvvür eləmirdim bu qədərini. İkinci mütləq birincidən daha maraqlı olmalıdır».

birlik


«Birlik üçün oxu» layihəsi Azərbaycanda yeni olsa da, layihə daha öncə dünyanın 50-ə yaxın ölkəsində baş tutub.

Bu layihə ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış «Playing for Change» (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış «Doğa için çal» (Təbiət üçün çal) layihələrindən ilhamlanıb. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür. Layihənin ilk klipi Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə və Müsbət Dəyişiklik Gənclər Hərəkatının təşkilatçılığı ilə hazırlanıb.

«Əvvəllər bu layihəni reallaşdırmaq üçün addımlar atılsa da, baş tutmayıb. Mən bir tədbirdə bu barədə fikrim olduğunu layihə iştirakçısı Aygül Salehovaya bildirdim, daha sonra Facebook-da status yazıb kimin musiqiçi tanışı olduğunu soruşdum, biz toplaşdıq Müsbət Dəyişilik gənclər həşkilatının ofisinə, orada mahnı üçün qərar verdik, məşqlər oldu. Yanvardan başlayan bu proses martda yekunlaşdı, düşünürəm kifayət qədər uğurlu oldu»- Bəxtiyar Hacıyev belə deyir.

Layihə rəhbərinin sözlərinə görə, layihə boyunca hər şeyə, hətta elə layihənin adına belə səsvermə yolu ilə qərar verilib:

«Bəzi fikirlər səslənirdi, məsələn «Ədalət üçün oxu», «Gənclik üçün oxu», «İnsanlıq üçün oxu» amma son gün qərar verdik ki, «Birlik üçün oxu» adlansın. Yanaşma belə idi ki, fərqli notlar biraraya gələndə zövqlə bilcəyimiz ahəngli musiqi meydana çıxır, fərqli insanlarla birləşəndə ortaya zövq ala biləcəyimiz cəmiyyət çıxara bilərik».

Nərmin İspərzadə
Nərmin İspərzadə
Bəxtiyar Hacıyev deyir ki, əvvəlcə hansı mahnının oxunacağı qərarlaşdırılmasa da, səsəvermə yolu ilə o da dəqiqləşib. İştirakçılar səsvermə yolu ilə «Ay Laçın»-ı ifa etmək qərarına gəliblər.

Mahnının giriş hissəsini ifa edən Nərmin İspərzadə təklif gələndə heç düşünmədən razılıq verib: «İdeya maraqlı gəldi, mən artıq hiss etdim ki, biz yeniliyə imza atmaq ərəfəsindəyik və fikirləşmədən qərar verdim».

Bəxtiyar Hacıyevin sözlərinə görə, «Ay Laçın»-ın hazırlanmasında 40-a yaxın adam iştirak edib. İkinci mahnıda isə 90-100 nəfərin iştirak etməsi planlaşdırılır.

İkinci hansı mahnının ifa olunacağı isə hələ ki bilinmir. Layihə rəhbəri deyir ki, bu barədə məsələlər hələ ki müzakirə mərhələsindədir. Layihə iştirakçıları ümid edir ki, «Birlik üçün oxu» gənclərin musiqi zövqünün köklənməsinə yardımı olacaq.

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG