Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:55

Məhkəmə İlqar Məmmədovun vəsatətini təmin etmədi


İlqar Məmmədov
İlqar Məmmədov
-
Aprelin 8-də Nəsimi rayon Məhkəməsində «REAL» hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi olub.

Məhkəmədə İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin girov müqabilində digər cəza növü ilə dəyişdirilməsi barədə verdiyi vəsatətə baxılıb. Vəsatət təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Onun fikrincə, həmin vəsatətin təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur:

«Vəsatətin təmin edilməməsi nəinki Azərbaycan qanunvericiliyinin, həmçinin Azərbaycanın üzərinə götürmüş olduğu beynəlxalq öhdəliklərin pozulması deməkdir».

«REAL» Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət) maddəsi ilə ittiham irəli sürülüb. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG