Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:21

Komissar Füle Azərbaycana gəlir


-
Avropa Birliyinin Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üzrə cavabdeh olan komissar Štefan Füle ikitərəfli əlaqələri və bu ilin noyabr ayında Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlıq Sammitinədək hədəfləri müzakirə etmək üçün mayın 2 və 3-də Azərbaycanda danışıqlar aparacaq.

O, prezident İlham Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Mayın 3-də Füle Diplomatik Akademiyada nitq söyləyəcək və mətbuat konfransı keçirəcək.
XS
SM
MD
LG